Sim-sim.az

Əziz Nesinin “Qum qalalar” kitabı təqdim ediləcək

Aprelin 1-i saat 14:00-dan 16:00-dək “Kitabevim.az” mağazalar şəbəkəsində “Kitabsevərlər” hərəkatının 19-cu nəşri, Əziz Nesinin “Qum qalalar” kitabının təqdimatı keçiriləcək. 
Parafr.az saytının məlumatına görə, kitabın tərcüməçisi hərəkatın rəhbərlərindən olan Fariz Bayramov, redaktoru yazıçı Cavid Qədirdir.
Fariz Bayramov deyib ki, “2 kitab al, 1 kitab qazandır” kampaniyası çərçivəsində təqdimat günü satılan hər iki kitab ucqar kəndlərdə yaşayan balaca oxuculara bir hədiyyə kitabı qazandıracaq.
Onun sözlərinə görə, uşaqlara əzmli olmağı, xəyallarının arxasıyca getməyi aşılayan ibrətamiz 15 hekayədən ibarət “Qum qalalar” kitabını böyüklərin də oxumağında fayda var.
F.Bayramov əlavə edib ki, hədiyyələr Tərtər, Beyləqan, İmişli, Şəmkir, Astara, Yardımlı, Ağcabədi, Cəlilabad, Göyçay rayonlarına göndəriləcək.
Təqdimatın dəstəkçiləri Parafraz saytı, “İçərişəhər BookHouse&Cafe” və Kitabevim.az Kitab Evidir.
(Visited 21 times, 1 visits today)