Sim-sim.az

Adami-də ilin yekunları keçirilib

2017-ci ildə "Adami Media Prize" dövlətlər arasında mədəni əlaqələrin inkişafı, Avropa televiziyaları ilə AzərbaycanGürcüstanMoldovaUkrayna, Belorusiyanın TV əməkdaşları arasında bir çox səmərəli müzakirələr keçirilib.

Metbuat.az-ın məlumatına görə, bu ilin mart ayında Adami mükafatı nominantı Strasburqda yerləşən "Arte Journal" komandası ilə tam ödənilmiş ustad dərsləri keçib. Nəzərinizə çatdırırıq ki, ilk nominant gürcü jurnalist Marite Tevzadze olub ki, o da "Arte Journal"ı üçün Gürcüstanda seçkilər reportajını hazırlayıb.

İyun ayında Adami Almaniyanın Bonn şəhərində yerləşən “Deustche Welle” media forumunda rəsmi partnyor kimi iştirak edib. Bu forumda Adaminin son iki qalibi də iştirak edib, öz yeni sayt və onlayn video proqramlarını təqdim ediblər.

10 oktyabrda ADAMİ artıq ikinci dəfə Strasburqda yerləşən Avropa Şurasının Parlament Assambleyasının iştirakçısı olub. Assambleyada dövlətlər arası problemlərin həllinə geniş vaxt ayrılıb, həmçinin kino rejissorlarının məhsuldar görüşləri keçirilib. 3 qalib layihə və qaliblər də bu Assambleyada iştirak edib və Arte TV-nin təcrübəsindən yararlanıblar.

Bu il yeni layihəyə – Dialoq Forum Adami-yə start verilib. Bu layihənin digər layihələrdən fərqi peşəkarların da forumda iştirakına icazə verir. İlk forum 27-28 oktyabr Bakı şəhərində keçirilib. Forumun əsas mövzuları video bloqinq və onlayn media mövzularını dərindən əhatə edib. Sosial media və Youtube haqqında təcrübələrini Gökhan Əkrəmoğlu (San-Fransisko Youtube kanalının məsləhətçisi), Dominik Vilyam (“Arte” kanalının rəqəmsal nəşriyyat evinin başçısı) və Maqdalena Haas (Bloger) bölüşüblər. Müasir incəsənət mərkəzi “YARAT” Adami ilə əməkdaşlıq edərək Dominik Vilyamın açıq mühazirələrinin təşkilatçılarından biri olub.

Dekabr ayında "Adami Media Prize" gürcü rəssam Maki Batiaşvilinin "İnsan ol" adlı sərgisinin açılışını həyata keçirib. Yeni müsabiqə artıq 2018-ci ilin fevral ayından start götürür. Qəbul ərizələri iyul və oktyabr ayına qədər davam edəcək. Qaliblər oktyabr ayında Kişinyov şəhərində müəyyənləşəcək. Əlavə məlumatı www.adamimediaprize.eu saytından əldə etmək mümkündür.

(Visited 14 times, 1 visits today)