Sim-sim.az

““ADAMİ” media priz mükafatı” üçün ərizə qəbuluna start verilib

” Şərqi Avropada mədəniyyət müxtəlifliyi 2018. “ADAMİ” media priz mükafatı” üçün ərizə qəbuluna start verilib.

Mükafat bu il artıq 3-cü dəfədir ki, öz qaliblərini tapacaq. Müsabiqədə Avropa Birliyinin Şərqi Avropa partnyorluğu layihəsində iştirak edən ölkələrin (Azərbaycan, Belorusiya, Gürcüstan, Ermənistan, Moldova, Ukraina) telekompaniyaları, prodüser mərkəzləri, jurnalistləri, media nümayəndələri və rejissorları iştirak edə bilər.

“ADAMİ MEDİA PRİZE” mükafatı ən yaxşı televiziya proqramları, verilişləri, bədii və sənədli filmlərin ərsəyə gətirilməsində əməyi olanlara veriləcək (İnsanların azad həyatı, etnik mənsubiyyəti, müxtəlif dinlər, adət ənənələr barədə olan proektlərə üstünlük veriləcək).

Beynəlxalq arenada tanınmaq, mədəni münasibətlərin yaranması üçün bu çox gözəl şansdır. 6 nominasiya üzrə pul mükafatları öz sahibini gözləyir. Bundan əlavə rus, ingilis, fransız dilini bilən iştirakçılar üçün Almaniyanın “Deutshe Welle” (Berlin, Almaniya), “MDR” (Leypziq, Almaniya), “ARTE” (Strasbur, Fransa) kanallarında təcrübə keçmək şansı yaranacaq və “ADAMİ MEDİA PRİZE” tərəfindən maddi tərəfləri qarşılanacaq.

Qəbul

-01/07/2018 tarixi 11/10/2016 və 31/12/2017 tarixləri arasında göstərilən layihələr üçün

-01/10/2018 tarixi 01/01/2018 və 01/10/2018 tarixləri arasında göstərilən layihələr üçün

ADAMİ MEDİA PRİZE – 6 nominasiya

-Mədəni əyləncəli proqram,tv verilişləri və bədii filmlər

-İnformasiya xarakterli proqram,tv verilişləri və sənədli filmlər

-Xəbərlər proqramı və sənədli qısa filmlər

-Gənc ADAMİ

-Ən yaxşı Veb sayt

-Ən yaxşı onlayn video

Əlavə məlumat üçün və qəbul ərizələri üçün ünvan:

http://www.adamimediaprize.eu/

Nominantlar və qaliblər 2018 ci ilin oktyabr ayında beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən Minskdə (Belorusiya) açıqlanacaq.

Qaliblər təntənəli surətdə 2018 ci ilin noyabr ayında Kişinyovda (Moldova) mükafatladırılacaq.

“ADAMİ MEDİA PRİZE” Almaniyanın xarici işlər nazirliyi və Prokredit Holdinqi tərəfindən maliyələşdirilir.

Layihələrinizi gözləyirik.

Adami Media Prize və mədəniyyət müxtəlifliyi

Ünvan

Adami Media Prize

Islam Sapharli 28

Az 1005

Kamran Ağabalayev

+994552127650

Media əlaqə office@adamimediaprize.eu

Abunə

registration@adamimediaprize.eu

Veb səhifə

http://www.adamimediaprize.eu/

Əlaqə

+995322984072

 

 

(Visited 16 times, 1 visits today)