Sim-sim.az

ADGTT-da həftəsonu maraqlı repertuar

Həftəsonu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kiçik və böyük yaşlı tamaşaçıları üçün maraqlı, bir-birindən rəngarəng və məzmunlu tamaşalar təqdim edəcəkdir.

Teatrda fevralın 24-ü məktəblilər üçün gündüz saat 12:00 və 14:00-da Azərbaycan Xalq nağılı “Məlikməmmədin nağılı”, fevralın 25-də eyni saatlarda C.Sviftin “Qulliver cırtdanlar ölkəsində” tamaşaları nümayiş etdiriləcəkdir.

Fevralın 23-ü axşam saat 19:00-da teatrın Kiçik səhnəsində T. Vəliyevanın “Cəza” təkadamlıq dramı nümayiş olunacaq. Kollektiv fevralın 24-ü İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı”, 25- i isə S. Elsevərin “Arzu və Murad” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşalar saat 19:00-da nümayiş olunacaq. Qeyd edək ki, 1992-ci il fevral ayının 25-dən – 26-a keçən gecə erməni və rus hərbi birləşmələrinin Xocalı şəhərini işğal etdiyi zaman əsir düşmüş gənc qızın faciəvi taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumundan bəhs edən “Arzu və Murad” tamaşası faciənin 26-cı ildönümünə həsr edilib. əsir düşmüş gənc qızın Tamaşalarda əsas obrazları teatrın tanınmış və istedadlı aktyorları Xalq artistləri Yasin Qarayev, Tariyel Qasımov, Əməkdar artistlər Kəmalə Hüseynova, Naibə Allahverdiyeva, Elşən Rüstəmov, Nofəl Vəliyev, Sövqi Hüseynov, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Zülfiyyə Alhüseynova, Elşən Hacıbabayev, Müşfiq Əliyev,Anar Seyfullayev, Venera Abbasova, Güşvər Şərifova, Mehriban Hüseynova və başqaları ifa edəcəklər.

Tamaşalara biletləri mərkəzləşmiş kassalardan və “Asan xidmət” filiallarından əldə edə bilərsiz .

Teatrın mətbuat xidmət

(Visited 12 times, 1 visits today)