Sim-sim.az

ADGTT-da”Monotamaşalar paradı” na uğurla yekun vuruldu

Layihələrlə tamaşaçıların görüşünə gələn ADGTT bu dəfə də yeni , “Monotamaşalar paradı” adlı teatr bayramı ilə sənətsevərləri sevindirdi.

Yanvar ayının 9-dan 17-nə kimi teatrın “Kiçik səhnə”sində sevilən aktyorları öz tamaşaçılarının görüşünə gəldilər. Teatr yanvarın 9-u Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin”, yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U. Luis “İstədiyim kimi yaşamışam”, yanvarın 11-də Əməkdar artist Şövqi Hüseynovun ifasında N.V. Qoqoqlun “ Dəlinin qeydləri”, yanvarın 12-də Əməkdar artist Kəmalə Müzəffərin ifasında T. Vəliyevanın “Cəza”, yanvarın 16-da Küşvər Şərifovanın ifasında R. Ağayevin rejissor Nofəl Vəliyev quruluşunda “Sonluğun sonu”, yanvarın 17-də Əməkdar artist Nofəl Vəliyevin ifasında F. Dostayevskinin “İdiot” tamaşasını nümayiş etdirdi. Monotamaşalar teatrsevərlər tərəfindən böyük maraqla qarşılandı.

Nümayiş günlərində teatrın Rəy kitabına tamaşaçıların yazdığı xoş fikirlər “Monotamaşalar paradı”nın uğurla yekunlaşdığına əminlik yaradır. Tamaşalar, aktyor və rejissorlar haqqında söylənilən hər bir xoş ifadə layihənin çoxdan gözlənilən olduğunu və tamaşaçıların, sənətsevərlərin bu növ layihələrə istəyinin olduğunu təsdiq edir.

“Vurğuna vurğun gəlin” tamaşası haqqında Vurğuna olan 5 məhəbbətimiz bu tamaşa sayəsində 10 oldu yaxud tamaşa haqqında nə yazsam müəllif, rejissor və aktrisa işinin mükəmməlliyini ifadə etməyə yenə də söz aciz qalacaq. Mehriban Abdullayevanın iştirakı ilə U. Luis “İstədiyim kimi yaşamışam” a baxanlar “Çox gözəl bir tamaşaya baxdığım üçün

rejissora da ifaçıya da ürəkdən təşəkkür edirəm”, “Dəlinin qeydləri”ində Əməkdar artist Şövqi Hüseynovun oyununa görə “Möhtəşəm . Söz tapmıram “ , “Bu ifa qarşısında yalnız susulur” kimi rəy yazanlar, “Cəza”nı izləyən tamaşaçılar isə “möhtəşəm”, “tamaşanın sehrindən aydın bir söz deməyə çətinlik çəkirəm” deyənlər də var . Nofəl Vəliyevin “İdiot” tamaşasını isə teatrsevərlər belə dəyərləndiriblər “monotamaşa bir nəfərin oyunudur. Amma mən tam insanlarla dolu səhnə görürdüm”, “aktyor öz emosiyalarını gözəl ifadə edirdi” .

Bir sözlə teatr “Monotamaşalar paradı”na teatrsevərlərin yüksək əhval ruhiyyəsi və sevinci ilə yekun vurdu. Növbəti monotamaşalarda görüşmək arzusu ilə .

Qeyd edək ki, “Kiçik səhnə” də janr, mövzu baxımından fərqli olan tamaşalar oynanıldı. Qeyd etdiyimiz monotamaşaların bir neçəsi artıq dünyanın bir sıra ölkələrində nüfuzlu Beynəlxalq teatr festivallarında ölkəmizi uğurla təmsil edib, mükafatlara layiq görülmüşdür. “Monotamaşalar paradı” çərçivəsində isə həm tamaşalar həm də aktyor oyunları haqqında KİV –də geniş yazılar dərc edildi.

Teatrın mətbuat xidməti

(Visited 8 times, 1 visits today)