Sim-sim.az

ADGTT -nın aktyoru Makedoniyadan Qran Pri ilə qayıtdı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov 2018-ъи ил may айынын 10-дян 16-дяк Makedoniyanın Bitola шящяриндя кечириляn “XX Beynəlxalq Monodram” фестивалында uğurla iştirak edərək vətənə Qran Pri mükafatı ilə dönüb. Festivalda Патрик Зцскиндин «Контрабас» ясяри ясасында щазырланмыш ейниадлы монотамаша ilə iştirak edən aktyor münsiflər heyəti tərəfindən yekdil olaraq festivalın yeganə mükafatı Qran Priyə layiq görülüb.

Aktyor səfər təəssüratlarını bölüşərkən bildirib ki, festivalda güclü, modern tamaşalar var idi. Onlarla rəqabət aparıb yeganə mükafatı Azərbaycan adına qazanmaq əlbəttə ki, həm gözlənilməz uğur həm də böyük sevinc hissləri yaşatdı. “Hesab edirəm ki, bu mükafat xarici ölkədə təkcə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının deyil, ümumilikdə Azərbaycan teatrının uğurudur” –deyə teatrın direktoru , Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirmişdir.

Festivalda Makedoniya, Bosniya, ABŞ, Polşa, Rusiya, Xorvatiya , Bolqarıstan teatrları təmsil olunub. Uğurlu iştirak və qələbə qazanan ADGTT təşkilat komitəsi tərəfindən növbəti il keçiriləcək tədbirə də dəvət alıb. Azərbaycanlı aktyorun uğuru Makedoniyada yerli telekanallar tərəfindən işıqlandırılıb, çoxsaylı süjetlər, radio müsahibələr hazırlanıb.

Qeyd edək ki, Şövqi Hüseynov eyniadlı tamaşa ilə ötən ilin oktyabrın 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında iştirak etmişdi və aktyor festivalın “Nadir aktyor oyunu” nominasiyasında qalib olmuşdu. “Kontrabas” tamaşası dəfələrlə İran, Türkiyə, Moldova, Rusiya və dünyanın digər ölkələrində keçirilən beynəlxalq teatr festivallarında mükafata layiq görülüb.

Teatrın mətbuat xidmət

(Visited 2 times, 1 visits today)