Sim-sim.az

ADGTT- nın fəaliyyəti beynəlxalq mətbuatda

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi 10-16 may tarixlərində Makedoniyanın Bitola şəhərində keçirilən “XX Beynəlxalq Monodram” festivalında iştirak edib. Festivalda Patrik Züskindin əsəri əsasında hazırlanmış “Kontrabas” tamaşası nümayiş olunub. Tamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edib. İfası ilə teatr mütəxəssislərinin və tamaşaçıların rəğbətini qazanan Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Şövqi Hüseynov “Kontrabas” mono-tamaşasındakı roluna görə QRAN-PRİ mükafatına layiq görülüb.

Makedoniya mətbuatında Şövqi Hüseynovun aktyor oyunu, tamaşa haqqında çoxsaylı yazılar yer alıb. Belə məqalələrdən biri də aktyorla geniş müsahibənin yer aldığı Makedoniyanın “Naşe teatarçe.mk” (Наше Театарчe) qəzetində dərc olunan müsahibədir. Aktyor müsahibədə yaradıcılığı, sənət yolu, Azərbaycan teatrı haqqında sualları məlumatlandırır, Azərbaycan teatr haqqında geniş məlumatı diqqətə çatdırır. Əməkdar artist həmçinin dünyada baş verən teatr prosesləri, aktyor, rejissor məktəbi haqqında fikirlərini bölüşür.

Müsahibənin tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://teatarce.mk/2018/05/26/%D1%80%D0%B0%D0%B7%D0%B3%D0%BE%D0%B2%D0%BE%D1%80-%D1%81%D0%BE-%D0%B0%D0%BA%D1%82%D0%B5%D1%80%D0%BE%D1%82-%D1%88%D0%BE%D0%B2%D0%B3%D0%B8-%D1%85%D1%83%D1%81%D0%B5%D0%B8%D0%BD%D0%BE%D0%B2-%D0%BE%D0%B4/

Teatrın mətbuat xidməti

(Visited 6 times, 1 visits today)