Sim-sim.az

ADGTT-nın səhnəsində həftəsonu 7 tamaşa nümayiş ediləcək…

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bahar əhvallı həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir. Həmişə olduğu kimi bu həftə də teatrın reperatuarı həm məktəblilər həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, aprel ayının 13-də saat 19:00-da teatrın kiçik səhnəsində P.Zyuskindin “Kontrabas” tamaşası nümayiş olunacaq. Aprel ayının 14-ü teatrın kolletivi H.Cavidin “Şeyx Sənan”, 15-i M.Füzulinin “Leyli və Məcnun” tamaşaları ilə qonaqların və şəhər sakinlərimizin görüşünə gələcək. Aprelin 16-da isə ADGTT-nın səhnəsində Sumqayıt Dövlət Dram Teatrının kollektivi N.Muradoğlunun “Zülmətdə işıq” tamaşası ilə çıxış edədək. Qeyd edilən tamaşalar saat 19:00-da nümayiş olunacaq.

Teatrın məktəblilər üçün nəzərdə tutduğu reperatuar da rəngarəngdir. Həftəsonu asudə vaxtını səmərəli təşkil etmək üçün teatr kiçik yaşlı dostlarına aprelin 14-ü saat 12:00 və 14:00-da A.Tolstoyun “Buratinonun macəraları”, 15 aprel tarixində eyni saatlarda isə E.Uspenskinin “Çeburaşka” tamaşalarını təqdim edəcək.

Tamaşaçılar tərəfindən hər zaman maraqla qarşılanan səhnə əsərlərində rolları Əməkdar artistlər Şövqü Hüseynov, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şəfəq Əliyeva, Almaz Mustafayeva, Kəmalə Hüseynova, aktyorlar Güşvər Şərifova, Elşən Hacıbabayev, Səbinə Məmmədova, Asya Atakişiyeva və teatrın sevilən aktyor heyəti ifa edir.

Teatrın mətbuat xidməti

(Visited 6 times, 1 visits today)