Sim-sim.az

ADGTT ölkə prezidentinə təşəkkür edir…

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycan Respublikası Prezidentinin 9 may 2018-ci il tarixli İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncamı ilə əlaqədar ölkə rəhbərinə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

Möhtərəm cənab Prezident ! Sizin Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız Sərəncama əsasən səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülən sənət adamları sırasında bu il 90 yaşını qeyd edəcəyimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da bir qrup əməkdaşı var. Bu Sərəncam teatrımızın yaradıcı heyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

Möhtərəm cənab Prezident! Sizin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyiniz yüksək diqqət və qayğı sayəsində Azərbaycan teatrı dünyanın ən aparıcı teatrları arasında özünəməxsus yer tutmuşdur. Bu qayğı bizi yeni yaradıcılıq uğurları qazanmağa, Azərbaycan teatrını ölkə hüdudlarından kənarda daha böyük uğurla təmsil və təbliğ etməyə sövq edir. Əməyimizin tərəfinizdən mütəmadi olaraq yüksək qiymətləndirilməsi bizi hər zaman daha böyük uğurlara ruhlandırır. Buna görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Müstəqil Azərbaycanımızın daha da inkişaf etməsi istiqamətində gördüyünüz əvəzsiz işlərinizdə Sizə bol uğur, möhkəm can sağlığı , xalqımızla birgə tezliklə qələbə sevinci yaşamağı arzu edirik.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi adından teatrın direktoru:

Mübariz Həmidov

 Azərbaycan Respublikasının Əməkdar artisti

(Visited 3 times, 1 visits today)