Sim-sim.az

“Ədəbiyyatsız dünya” kitabı təqdim ediləcək

Kitab 2 dekabrda saat 16:00-dan 18:00-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təqdim ediləcək

Şair Qismət Rüstəmovun tərcüməsində işıq üzü görmüş “Ədəbiyyatsız dünya” kitabına məşhur dünya yazarlarının müxtəlif zamanlarda qələmə aldığı ədəbiyyat və sənət məsələləri haqqında esselər toplanıb. Kitab ümumilikdə dünya ədəbiyyatsız necə olardı sualına cavab axtarır.
Kitabda Mario Varqas Lyosanın, Orxan Pamukun, Vladimir Nabokovun, Susan Sontaqın, Rolan Bartın, Odenin və dünyanın digər məşhur söz ustalarının ən vacib esseləri toplanıb. 
Təqdimatda "Alatoran" yayınlarının və "Azərbaycan Yaradıcılıq Fondu"nun nəşr etdiyi digər kitabları da endirimlər əldə edə biləcəksiniz.
Kitab təqdimat zamanı endirimli qiymətə, yəni 5 manata satılacaq.

Qeyd edək ki, Kitab “Alatoran” nəşriyyatında çapdan çıxıb.

(Visited 35 times, 1 visits today)