Sim-sim.az

Dəri üzərində şəkil çəkən rəssamın Bakıda sərgisi olacaq

ressam

Həvəskar rəssam Pərviz Əsədov uşaqlıqdan rəsmə olan marağı və həvəsi hesabına bu günümüzdə yeni bir texnikada rəsmlər çəkir.

 

Sim-sim.az xəbər verir ki, kağız və kətan üzərində rəsm əsərləri ilə kifayətlənməyən rəssam əsərlərini aşılanmış dəri üzərində çəkməyə başlayıb. Dünya praktikasında dəri üzərində rəsm əsərlərinin çəkilməsi var. Rəssamı digərlərindən fərqləndirən əsərlərini dərinin tükləri üzərində çəkməsidir.

 

Rəssam 1984-cü ildə Neftçala rayonunda doğulmuşdur. Azərbaycan Texniki Universitetini bitirib, ixtisasca mühəndisdir.

 

Özünün dediyinə əsasən bu incəsənətdə bir tərəqqidir və bu səbəbdən çəkdiyi rəsm əsərlərini ictimaiyyətə təqdim etmək üçün keçiriləcək fərdi sərgisini də latıncadan tərcüməsi tərəqqi olan "Experimentum revolution" adlandıracaq. Sərgi dekabr ayının 11-i saat 16.00-da İrşad Hoteldə keçiriləcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Vaqif pr-ti 11.