Sim-sim.az

AYF-də yazıçı Natiq Rəsulzadə ilə görüş keçirilib

24891440_10208519481423162_131525614_n

Noyabrın 30-da Azərbaycan Yaradıcılıq Fondunun "İntellektuallar klubu"nda yazıçı Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə ilə görüş keçirilib.

Gecəni AYF sədrinin birinci müavini, Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı açıb. O, qeyd edib ki, Natiq Rəsulzadə ölkəmizdə tanınan yazıçıdır və 50-ə qədər çox maraqlı əsər yaradıb. Tədbirdə iştirak edən "İntellektuallar klubu"nun sədri, tarix üzrə fəlsəfə elmləri doktoru Tahir Behbudov, Əməkdar mədəniyyət işçisi Namiq Hüseynov və başqaları tədbirin keçirilməsini yüksək qiymətləndirib və bu kimi görüşlərin vacib olduğunu qeyd ediblər.