Sim-sim.az

ADGTT –da yeni tamaşa hazırlanır

ffff

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start verilmişdir. H.X Andersenin “Qar kraliçası” əsəri əsasında eyni adlı tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

Tamaşada Mehriban Hüseynova, Zemfira Əbdülsəmədova, Könül Əbilova, Anar Seyfullayev, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Qəmər Məmmədova və digər aktyorlar rol alıb. Tamaşa dekabr ayında təhvil veriləcək.

Teatrın mətbuat xidməti