Sim-sim.az

ADGTT- həftəsonu 8 tamaşa nümayiş etdirəcək…

DSC_0003

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu öz tamaşaçıları və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib etmişdir. Kollektiv noyabın 24-də saat 15:00-da ölməz M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” əsərini, axşam saat 1900-da  teatrın kiçik səhnəsində istedadlı yazıçı-dramaturq T.Vəliyevanın “Cəza” adlı təkadamlıq psixoloji oyun dramını nümayiş etdirəcəkdir.

Daha sonrakı günlərdə, həftənin şənbə günü 25 noyabr tarixində axşam saat 19:00-da Y.Abramov. L.Bəyimin “Yarımçıq qalmış” , noyabrın 26-sı saat 19:00-da isə  Ə.Əmirlinin “ Hasarın o üzü” tamaşaları təqdim ediləcəkdir.

Hər zaman olduğu kimi teatr kiçik yaşlı tamaşaçıları da sevindirməkdə davam edir. Məktəblilər noyabrın 25-i gündüz saat 12:00 və 14:00-da A.Lindqrenin “Balaca və damda yaşayan Karlson”, noyabrın 26-da saat 12:00 və 14:00-da  A.Tolstoyun “Buratinonun macəraları”  tamaşalarını seyr edəcəklər.

Tamaşalarda teatrın istedadlı aktyorları, Əməkdar artistlər Kəmalə Hüseynova, Nəsibə Eldarova, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar Elnur Hüseynov,  Günel Məmmədova, Zümrüd Quliyeva, Şəbnəm Hüseynova, Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Anar Səfiyev, Anar Seyfullayev, Müşfiq Əliyev, Eyvaz İbrahimov, Elşən Çarhanlı, Elnur Kərimov, Elşən Hacıbabayev və b. ifa edəcəklər.

Gündüz tamaşaları  5 AZN, axşam isə 8 AZN olmaqla biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından (tiket.az-a daxil olmaqla onlayn vasitəsi ilə də sifariş edə bilərsiziniz)  və Asan Xidmət filiallarından əldə etmək mümkündür.

Teatrın mətbuat xidməti