Sim-sim.az

 Azərbaycan  Yaradıcılıq Fondunda “İntellektuallar klubu” təsis edilib

ayf

Azərbaycan  Yaradıcılıq Fondunun  nəzdində  “İntellektuallar klubu”nun  təsis edilməsi və “Gəlinciklər sərgisinin”  nümayişi  ilə bağlı  tədbir keçirilib.

                                  

 Tədbiri giriş sözüylə açan  Azərbaycan Yaradıcılıq Fondunun sədrinin birinci müavini əməkdar mədəniyyət iççisi  Rafiq Kaşanlı fondun bir çox uğurlu layihələrə imza atdığını iştirakçıların diqqətinə çatdıraraq əlavə edib ki,  fondun nəzdində “İntellektuallar klubu”nun yaradılması zərurətdən irəli gəlir: «Bu klubun uzvləri  dövlətimizin və dövlətçiliyin inkişafı üçün öz bacarıq və imkanlarını  cəmiyyətlə, xüsusilə gənclərlə bölüşməyə hazırdırlar. Müasir dövrdə cəmiyyətdə , ələlxüsus gənclər arasında  tolerantlığa, birgəyaşama, başqasının inancına, dininə, irqinə hörməti təbliğ və təşviq etmək təkcə rəsmi qurumların işi olmamalıdır. Müəyyən həyat təcrübəsinə və biliyə malik intellektual kəsimin  də bu işdə dövlətimizə yardımçı olması vacibdir. Bu kulubun da yaradılmasında məqsəd budur».

Sonra çıxış edənlər  Rafiq Kaşanlının sözlərilə tam razı olduqlarını bildiriblər.

Tədbir iştirakçılarının yekdil razılığı ilə tarixçi alim Tahir Behbudov  “İntellektuallar klubu”nun sədri seçilib.

Gündəlikdə duran iknci məsələ ətrafında Fərəh xanım Əliyeva tədbir iştirakçılarına məlumat verib. Fərəh Əliyeva  “Gəlincik” tətbiqi sənətinin tarixindən  ta bugünümüzə qədər keçdiyi mərhələlər haqqında tədbir iştirakçılarına  “Master Klass” keçib.  Tədbirin sonunda Fərəh Əliyevanın əl işləri olan biri-birindən gözəl gəlinciklərin sərgisi nümayiş etdirilib.