Sim-sim.az

Buker mükafatının uzun siyahısı açıqlanıb

Man-booker-prize

Sim-sim.az  “BBC”-yə istinadən xəbər verir ki, bu gün Buker mükafatının uzun siyahısı açıqlanıb.

Uzun siyahıda 13 əsər var. Siyahıda Böyük Britaniyadan, ABŞ-dan, Pakistandan və digər ölkələrdən olan müəlliflərin əsərləri var.

Uzun siyahıda Pol Osterin “4 3 2 1”, Sebastyan Barrinin “Sonsuz günlər”, Emili Fridlundun “Canavarların tarixi”, Möhsin Həmidin “Qərbə çıxış”, Mayk Makkormakın “Günəş sümükləri”, Con Makkreqorun “Rezervuar 13” əsərləri var.

Bundan başqa uzun siyahıda Fiona Mozlinin “Elmet”, Arundati Royun “Böyük Xoşbəxtlik Nazirliyi”, Cord Sondersin “Linkoln bardoda”, Kamil Şamzinin “Ailə yurdu”, Ali Smitin “Payız”, Zadi Smitin “Svinq vaxtı” və Kolson Uotheydin “Yeraltı dəmir yolu” əsərləri təqdim edilib.

Arundati Roy 20 il əvvəl ilk romanı ilə bu mükafata layiq görülmüşdü, 20 ildən sonra o ikinci romanı ilə yenidən bu siyahıdadır.

Qeyd edək ki, mükafatın qısa siyahısı sentyabrın 13-də yayımlanacaq, qalib isə oktyabrın 17-də məlum olacaq.   

Xatırladaq ki, bir cümlədən ibarət “Günəş sümükləri” romanı yaxın zamanda 10 min funtluq mükafat qazanmışdı.