Sim-sim.az

Gənc Tamaşaçılar Teatrında yeni ilin ən maraqlı tamaşası

12234886_1207328352616236_6529603171280359033_n

Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyeva sim-sim.az-a bildirib ki, bu günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə start veriləcək.

 

Yaradıcılıq işlərinə başlanılacaq növbəti səhnə əsəri yeni il üçün nəzərdə tutulub. Hər il olduğu kimi bu dəfə də teatr öz azyaşlı tamaşaçılarını və məktəbli dostlarını əyləncəli, hədiyyə və surprizlərlə dolu maraqlı yeni il şousu və tamaşası ilə qarşılayacaq.

Əməkdar Artist Nicat Kazımovun quruluşunda təqdim olunacaq “Mauqlinin yeni ili” adlı yeni il tamaşası rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı ilə azyaşlı tamaşaçılarımızın yeni il tətilinə əvəzolunmaz hədiyyə olacaq.  

Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabr ayının 25-dən, 2015-ci ilin yanvar ayının 4-dək saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək.

Bundan  başqa hər  il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda “Mauqlinin yeni ili”ni  izləyəcəklər.

 

Kürçaylı