Sim-sim.az

Gənc Tamaşaçılar Teatrının yeni mövsümdə ilk səfəri…

_MHO4408 - копия

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 90-cı mövsümündə 3 beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır.

Sentyabr ayının 7-dən 14-dək kollektiv Ufa şəhərində keçiriləcək “Tuqanlıq” VI Beynəlxalq teatr festivalında iştirak edəcək. Sözügedən festivalda ölkəmizi yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” adlı təkadamlıq oyun tamaşası təmsil edəcəkdir. Tamaşada əsas ifaçı Əməkdar artist Kəmalə Hüseynovadır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, işıq üzrə rəssamı Vadim Kuskov, truykların quruluşu İsa Əsədova məxsusdur.

Daha sonra teatr 01-06 sentyabr tarixlərində Kalmıkiya Respublikasında keçiriləcək  “Uşaq və yeniyetmələr üçün” Beynəlxalq teatr festivalına dəvət almışdır. Festivalda kollektiv Abdulla Şaiqin “Tıq-tıq” xanım tamaşası ilə çıxış edəcək. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Ağaxan Salmanlı, əsas obrazları Əməkdar artist Rasim Cəfərov, aktyorlar Günel Məmmədova, İlham Əsədov, Elnur Hüseynov və başqaları ifa edir.

Oktyabr ayının 20-30 tarixlərində isə teatr Rusiya Federasiyasının Nijnevartovsk şəhərində keçiriləcək kiçik həcmli tamaşaların  V Beynəlxalq Teatr Festivalında iştirak edəcəkdir. Festivalda ölkəmiz Patrik Züskindin eyniadlı əsəri əsasında hazırlanmış”Kontrabas” tamaşası (ifaçı Əməkdar artist Şövqi Hüseynov) ilə təmsil olunacaq.