Sim-sim.az

GTT-da həftə sonunda 8 tamaşa olacaq

genctama

Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyeva sim-sim.az-a bilirib ki, 3 yeni səhnə əsərinin məşq prosesinə start verən (“Mehmanxana sahibəsi” (K. Qaldoni), “Arzu və Murad” (S. Elsevər), “Mauqli” (P. Nurəliyeva)  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonuna qədər  8 tamaşa nümayiş etdirəcək.

 

 

Bu gündən bazar günü də daxil olmaqla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrsevərlər Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” (26.11.2015, saat 14.00), M.F.Axundzadənin “Hacı Qara” (27.11.2015, saat 14.00 və 16.00), məktəblilər üçün Y.Şvartsın “Qırmızı papaq” (28.11.2015, saat 10.00 və 12.00), H.X.Andersenin “Çirkin ördək balası” (29.11.2015, saat 12.00), böyüklər  üçün H.Cavidin “Şeyx Sənan” (28.11.2015, saat 19.00), C.Cabbarlının “Aydın” (29.11.2015, saat 19.00) tamaşalarını izləyə biləcəklər.

 

Kürçaylı