Sim-sim.az

Sondersin ilk romanı nədən bəhs edir?

George Saunders' previous books include In Persuasion Nation and The Very Persistent Gappers of Frip. He won a MacArthur Fellowship in 2006.

 

Məşhur amerikalı hekayəçi Corc  Sonders ilk romanı “Linkoln Bardoda” ilə bu ilki Buker mükafatının qısa siyahısına düşüb.

“Nyu-Yorker” 10 ildən bir açıqladığı yaradıcılığı mütləq izlənməli “40 yaşa çatmamış 20 müəllif” siyahısına onun da adını salıb. Sondersə indidən çağdaş Mark Tven deyənlər də var. Sondersin ilk romanı Türk dilinə “Ərafda” adı ilə tərcümə olunub. Bəs yaxşı roman nədən bəhs edir?

Kitabın tanıtım bülletinində belə bir parça var: “Hamı əzab çəkir, ya da çəkib, ya da çəkəcək. Bu, həyatın mayasında var.”

Ölmək necə şeydir? Sondersin ilk romanı bu suala cavab axtarır. Amma bu sualın cavabı məchuldur, heç kimin bu sualın cavabını bilmir, bilsə də ifadə etməyi bacarmır, cavab çox sirlidir. Romanda amerikan vətəndaş müharibəsinin qəhrəman prezidenti Abraham Linkolnun oğlu Villi Linkoln və onu müşayət edən xeyli ruh var…Hamı geri qayıtmağın, Linkoln isə davam etməyin və rahatlıq tapmağın axtarışındadır. Ancaq bilmədikləri önəmli bir şey var: bəzi inqilablar dəymədüşər insanlara çox ağır gələ bilər, inqilablar insanı məhv edə, ya da zirvəyə qaldıra bilər…

Sondersin üslubu Corc Oruellə, Kurt Vonnequtla müqayisə edilir. Linkolnun yeddi yaşlı oğlunu itirməsindən yola çıxaraq teatral bir atmosferdə və eksperimental bir təhkiyə ilə qurduğu bu fövqəladə dərəcə təsirli kitab ölüm, itki və yas anlayışlarına oxucunun vərdiş etmədiyi bir perspektivdən yanaşır, o dövrdəki Amerika Birləşmiş Ştatlarının arxa planını nəzərdən qaçırmır.

Bu roman klassik romanın qəliblərini dağıdır, sənət tarixindəki heykəltaraşlığın şedevrlərindən sayılan Mikelancelonun məşhur “Pyeta” əsərinə də çoxsaylı allüziyalar edir.