Sim-sim.az

YARAT-da ustad dərsləri keçiriləcək

22690692_2005322203014637_488415943_o

 

27-28 oktyabr tarixlərində “ADAMI Media mükafatı” Bakıda yaradıcılıq ustad dərsi keçirəcək.

İki günlük ustad dərsi 27-28 oktyabr tarixlərində Bakıda YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək. Tədbirin əsas məqsədi –  videobloq formatının müasir strukturunu əks etdirmək və tədbir iştirakçılarına öz layihələrini yaratmaq və həyata keçirməkdə köməklik göstərməkdir.

Ustad dərslər Şərqi Avropa yayım şirkətləri mütəxəssisləri tanınmış videobloqqerlər tərəfindən aparılır.

Tədbir zamanı təşkilatçılar, mühazirəçilər və iştirakçılar bir araya gələrək, videobloqların  hazırlanmasından, fəaliyyətindən və media məkanına necə təsir etdiyini müzakirə edəcəklər.

Videobloq yaradıcı emalatxanası təxminən 20 iştirakçıdan ibarət olacaq. Tədbirin formatı layihələrin təqdimatı, birgə müzakirələr, eləcə də iki ayrı qrupda iş sessiyalardan təşkil olunacaq.

Videobloqqer Magdalena Gaas (considercologne), həmçinin Youtube-da işləyən Gökhan Əkrəmoğlu, yeni janrın konseptual və texniki aspektləri və videofilmin kommersiya imkanları haqqında iştirakçılara məlumat verəcəklər.

Oktyabrın 28-i tədbir çərçivəsində ARTE fransız-alman kanalının onlayn strategiyasının rəhbəri Dominik Vilyamın ictimai məruzəsi planlaşdırılır. Məruzədə iştirak bütün media mütəxəssisləri üçün açıqdır.

Ustad dərsləri öz məzmunu və gedişatı ilə də xüsusi olacaq. Bütün iştirakçılar, mühazirəçilər, moderatorlar canlı dialoq quraraq bir-biri ilə ünsiyyətdə olacaqlar.

Tədbirdə iştirak Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına açıqdır. Maraqlanan namizədlər ustad dərslərində iştirak etmək üçün müraciət edə bilərlər.

Müraciət üçün son tarix: 1 Oktyabr

Onlayn ərizə forması aşağıdakı linkdə yerləşir.

www.adamimediaprize.eu/how-to-apply-adami-dialogue-baku-ru/