Sim-sim.az

Anar Məcidzadə – Əzrayılla söhbət

Əzrayılla söhbət

 

Arzusuz, diləksiz, birdə ümidsiz,

Sevinc bir gözündə,qəm bir gözündə,

Adam getmək istər bu yer üzündən,

Qalmaya dünyada bircə izin də.

 

Nə anan ağlaya, nədəki bacın,

Desinlər, belə bir adam olmayıb.

Ölmək istəyəndə əzrayıl deyə,

Tələsmə, həyatın tamam olmayıb.

 

Durub əzrayıla yalvarasan da,

Deyəsən nə olar, tez apar məni.

Qaldıqca dünyada günah edirəm,

Apar o dünyaya- düz apar məni.

 

Gedirik

Həyatın hər üzünü,

Əyrisini, düzünü,

İşıqlı gündüzünü,

Gəlib, görüb, gedirik.

 

Dərdi, qəmi, kədəri,

Günəş düşən səhəri,

Bu dünyada nələri,

Gəlib, görüb, gedirik.

 

Yaşadıq yaz, qışını,

Tanrı verən yaşını.

Taleyin naxışını,

Gəlib, görüb, gedirik.

 

Sən ömrü vermə hədər,

Anar vaxt, zaman gələr,

Bir gün əzrayıl deyər:

Gəldin, gördün, gedirik.

 

 

Sevib, seçdiyim adam

Səni itirməmişəm,

Səni yenidən tapam.

Hər zaman qəlbimdəsən,

Sevib, seçdiyim adam.

 

Açılan səhərimsən,

Sevincim, kədərimsən.

Ömür boyu mənimsən,

Sevib, seçdiyim adam.

 

Hər an, hər zaman, hər dəm,

Təkcə səni görürəm.

Həsrətindən ölürəm,

Sevib, seçdiyim adam.

 

Gəlsə qış, getsə bahar,

Üşütsə də havalar,

Anar tək səni anar;

Sevib, seçdiyim adam.

 

Unudulmaq

İnsan ya qazanar, ya da itirər

Səni nə qazandım, nə də itirdim.

Bilmirəm bu cavan, bu gənc ömrümə,

Men səni hayandan tapıb gətirdim.

Mən sənin ömrünü yaşayan gündən,

Ömrümü belecə gülüm, bitirdim.

 

Bahar arzuları xəzan vurarmış,

Bilməzdim sevginin yollari qarmış,

Sevgidə ayrılıq, hicran da varmış.

Bilməzdim bu qoca, ulu dunyada,

Unuda bilməyən unudularmış.

 

(Visited 78 times, 1 visits today)