Sim-sim.az

Don Makkulin – “İnsan mənzərələri” Fotorubrikasında

2 (4)

Donald Makkulin (1935-ci ilin 9 oktyabrında anadan olub) daha çox müharibəyə və şəhər problemlərinə aid fotoları ilə tanınan britaniyalı fotojurnalistdir. 1959-cu ildə başlayan karyerasının əsas hissəsini  işsizlər, əzilənlər və yoxsulluq haqqında fotolar təşkil edir. 

Makkulin Şimali Londonda Finsburi Parkı adlanan yerdə boya-başa çatmış, lakin  Blitz zamanı (nasistlər tərəfindən Birləşmiş Krallığın bombalanması hadisəsi) Somersetdəki fermaya köçürülüb. O disleksik olsa da getdiyi müasir orta məktəbdə rəsm çəkmək üzrə qeyri-adi  istedad nümayiş etdirmişdi. 

                                                                                                                  Donald Makkulin

Makkulin  KHQ  Dövlət Xidmətində olarkən 1956-cı il Suez Böhranı zamanı Kanal Zonasına göndərildi və burada fotoqraf köməkçisi kimi çalışdı. O, KHQ-də fotoqraf olmaq üçün tələb olunan yazılı nəzəriyyə məruzəsindən keçə bilmədi və nəticədə öz xidmətini qaranlıq otaqda davam etdirməli oldu. Bu müddət ərzində Makkulin ilk kamerasını-“Rolleicord”u aldı. Britaniyaya qayıdarkən  maliyyə çatışmazlığı səbəbindən kamerasını girov qoymalı oldu. Anası girovu ödəmək üçün əlində olan bütün pulunu ona verdi.

1959-cu ildə Londonda çəkdiyi quldur dəstəsinin şəkli “The Observer”də çap olundu. 1966-1984-cü  illər aralığında  “Sunday Times Magazine” üçün xarici xəbərlər müxbiri kimi işləyərkən ekoloji və müharibə zonaları kimi insanlar tərəfindən törədilən  faciələri lentə yazdı ki, bunların da arasında  1968-ci ildə Biafra hadisəsi və Afrika QİÇS epidemiyasının qurbanları var idi. Onun Vyetnam Müharibəsi və Şimali İrlandiya Konflikti barədə reportajları xüsusilə yüksək səviyyəli reportajlar hesab olunur.

Londondakı Maryon Parkından çəkdiyi şəkillər Mikelancelo Antonioninin “Blowup” filmində istifadə olunub.

1968-ci ildə Nikon markalı kamerası ona tuşlanmış güllənin qarşısını kəsmişdi.

1982-ci ildə Britaniya höküməti  gəminin dolu olduğunu əsas gətirərək Falkland Müharibəsindən reportaj hazırlamaq istəyində olan Makkulinə maliyyə yardımı ayırmadı.  Lakin o əmin idi ki, bunun səbəbi Tetçer hökümətinin onun şəkillərinin siyasi narahatlıq doğuracağını ehtimal etməsidir.

 

2012-ci ildə David Morris və Jak Morrisin rejissorluğu ilə  onun həyatından bəhs edən “Makkulin” adlı film çəkildi. 

Son illərdə Makkulin təbiətə qayıdıb və peysaj, sifarişli portretlər çəkməyə başlayıb. 2015-ci ilin noyabrında Makkulin “London Photo”nun açılışında 2016-cı ilin  London Foto Ustadı adlandırıldı. 2016-cı ilin mayında isə Somerse Hauzda onun əsərlərinə həsr olunmuş sərgi keçirildi. O, rəqəmsal fotoqrafiyanın meydana çıxması ilə bağlı verilən sualı belə cavablandırmışdı: “ Rəqəmsal fotoqrafiya tamamilə yalançı bir təcrübə hesab oluna bilər – sən istədiyini silə bilərsən, heç bir şeyə tamamilə güvənmək olmaz”. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tərcümə: Günel Təhməzzadə