Sim-sim.az

“Eşq səfəri ədalət mesajıdır…” – FOTO

OKI_1055

"Təxminən 30 milyon insanın qatıldığı yürüşdə 3 milyon əcnəbi iştirak edir. Ərbəin günlərində Kərbəla şəhərində rəsmi tətildir."

Bu sözləri Ərbəin yürüşündə iştirak edən fotoqraf Orxan Əzim Sim-sim.az-a danışarkən deyib. O, qeyd edib ki, zəvvarların təhlükəsizliyi yüksək səviyyədə təşkil edilib:

"İŞİD üçün şiələr düşməndi. Təhlükə bir addımlıqdadı. 20 mindən çox polis və əsgər Ərbəin yürüşlərinə gedən zəvvarları qorumaq üçün səfərbər olublar. Zəvvarların can güvənliyi, fiziki-bioloji ehtiyacları ən yüksək səviyyədə təmin edilib."

Orxan Əzim bildirib ki, zəvvarlar arasında həmyerlilərimiz də var:

"Hər olduğu kimi bu il də yürüşə qatılanlar arasında azərbaycanlılar çoxluq təşkil edir. Xüsusi coşqu və sevgiylə iştirak edən həmyerlilərimiz arasında müxtəlif peşə sahibləri, yaradıcı adamlar, vəzifəli şəxslər də var."

Fotoqraf qeyd edib ki, bu yürüş bir ədalət mesajıdır:

"Mərasimə qatılanlar üçün bu yürüş bir eşq səfəridir və İmam Hüseyn timsalında haqq-ədalətin qələbə çalaçağı barədə mesajdır."

Qeyd edək ki, Ərbəin günü (qırxıncı gün)  Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. İraqın hər bir şəhərindən Kərbəla istiqamətdə piyada Ərbəin yürüşləri başlayır. Xarici vətəndaşlar Ərbəin yürüşünü adətən Nəcəf-Əşrəf şəhərindən başlayırlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ömər Xəyyam