Sim-sim.az

Həyat dərsi – Çarli Çaplin

12

1. Özümü sevməyə başlayanda dərk etdim ki, kədər və əzab öz həqiqətlərimə zidd yaşadığıma görə xəbərdarlıqdı. Bu gün buna “Özünəməxsusluq” deyirəm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2. Özümü sevməyə başlayanda arzularımı kiminsə sayəsində həyata keçirərək onu necə incidə biləcəyimi anladım: vaxtı səhv seçdiyimə, o insanın buna hazır olmadığını bildiyimə və o insanın mənim olmasına baxmayaraq. Bu gün buna “Hörmət” deyirəm.

 

 

 

 

 

 

 

 

 

 

3. Özümü sevməyə başlayanda fərqli həyat arzulamaqdan əl çəkdim və başa düşdüm ki, ətrafımdakı hər şey məni böyüməyə səsləyir. Bu gün buna “Yetkinlik” deyirəm.

 

 

 

 

 

 

 

 

 

 

 

4. Özümü sevməyə başlayanda dərk etdim ki, şərtlər nə olursa olsun, doğru yerdə, doğru zamandayam və hər şey lazımi anda baş verir. Artıq sakitləşə bilərəm. Bu gün buna “Özünəinam” deyirəm.

 

 

 

 

 

 

 

 

5. Özümü sevməyə başlayanda vaxtımı boş yerə xərcləməkdən və gələcək üçün böyük planlar qurmaqdan əl çəkdim. Bu gün ancaq edərkən xoşbəxt olduğum və ürəkdən istədiyim işləri öz tərzimə və nizamıma görə edirəm. Bu gün buna “Sadəlik” deyirəm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5. Özümü sevməyə başlayanda mənə ziyanlı olan hər şeydən qurtuldum; insanlardan, yeməklərdən, nəsnələrdən, məni aşağı çəkən və özümdən uzağa aparan hər şeydən. Əvvəllər buna sağlam eqoizm deyirdim. Bu gün bunun “Özünü sevmək” olduğunu bilirəm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

6. Özümü sevməyə başlayanda daima haqlı olmağa çalışmaqdan əl çəkdim və o andan etibarən az səhv edirəm. Bu gün bunun “Təvazökarlıq” olduğunu kəşf etdim.

 

 

 

 

 

 

 

 

 

 

 

7. Özümü sevməyə başlayanda keçmişlə yaşamaqdan və gələcək üçün narahat olmaqdan əl çəkdim. Ancaq “bu günü” yaşayıram. Hər anı öz zamanında yaşayıram və buna “Məmnuniyyət” deyirəm.

 

 

 

 

 

 

 

 

 

 

 

8. Özümü sevməyə başlayanda şüurumun məni xəstə və narahat edəcəyini anladım. Ancaq ağlımla ürəyim birləşəndə ayrılmaz müttəfiq oldular. Bu gün bu münasibətə “Qəlbin dərinliyi” deyirəm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

9. Özümüzlə və ya başqaları ilə mübahisə etməkdən, döyüşməkdən və ya hər hansı bir problem yaşamaqdan qorxmağa ehtiyac yoxdu. Ulduzlar da toqquşur və nəticədə yeni dünyalar yaranır. Bu gün bilirəm ki, bu – “Həyat"dı!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tərcümə: Taleh Eminoğlu