Sim-sim.az

Massimo Berruti – “İnsan mənzərələri” Fotorubrikasında

Portrait-Berruti

Massimo Berruti 1979-cu ildə İtaliyada anadan olub. Sənədli fotoqrafiya ilə məşğuldu. O, dörd ilini mərkəzi Asiya və əsasən də Pakistanda  terrorun  əhalinin həyatına olan təsirini araşdırmaqla keçirib.

Bu geniş reportaj ilk uzunmüddətli layihəsi oldu və bu layihə sonradan “Tozlu Yol” adlandırıldı.  

2005-ci ilin oktyabrında Massimo, Milanda (İtaliya) yerləşən Grazia Neri Agentliyində işə başladı və üç ilə yaxın onları təmsil etdi. 2008-ci ildən həmçinin Pakistanda dəyişikliyə uğramış  cəmiyyətlə bağlı  geniş layihə üzərində işləməyə başladı. Layihənin son bölməsində 2011-ci ildən 2013-cü ilə qədər buradakı hücumların qurbanı olmuş adamların portretləri yer alır. Xüsusilə də Suat Vadisində məskunlaşan laşkarların günbəgün həyatını çəkir, onların Talibana qarşı mübarizəsini fotolara alırdı. Laşkarlar Pakistan ordusundan yardım alan yerli döyüşçülərdən ibarət qruplar idi ki, sonradan Massimonun nəşr etdirdiyi kitab da məhz onların adı ilə bağlı oldu (Laskars). Döyüşün və ölümün normal həyatın bir hissəsinə çevrildiyi bu yerdə çəkilən şəkillər əsasən ağ-qara fotolardan ibarətdir. 

O, 2008-ci ilin yayından VU Agentliyinin (Paris) tam hüquqlu üzvüdür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Günel Təhməzzadə