Sim-sim.az

Robert Kapa – “İnsan mənzərələri” Fotorubrikasında

Profile-1024x725

Robert Kapa 1913-cü ildə Macarıstanda doğulub.  1931-ci ildə Berlinə köçüb. Orada siyasi -elmi mühazirələrdə iştirak edib və həmin ildən etibarən  jurnalistikayla məşğul olmağa başlayıb.              

Kapa yazıçı olmaq istəyirdi.

Berlində tapdığı iş fotoqrafiyayla əlaqədar olduğundan incəsənətə marağı daha da artır. 1932-ci ildə Kopenhagendə ”Rusiya İnqilabının mahiyyəti” mövzusunda  çıxışı edən  L. Trotskinin  portretlərini çəkir.

Almaniyada nasizmin daha da artmasını görən  Kapa, 1933-cü ildə Almaniyadan Fransaya köçür. Parisdə Anri Kartye Bressonla tanış olur. 1935-ci ildən adı daha çox yaddaqalan olsun deyə rejissor Frank Kapranın adına oxşar olaraq Robert Kapa ləqəbindən istifadə etməyə başlayır.

1936-39-cu illərdə  İspaniyada olur və buradakı  vətəndaş müharibəsinin dəhşətlərini fotoya alır. Həmin vaxt respublikaçı  bir əsgərin vurulduğu anı çəkir və bu foto onun məşhurlaşmasına səbəb olur. 

1947-ci ildə dostu Con Steynbek ilə Sovet İttifaqına səfər edən Kapa  Kiyev, Moskva, Tbilisi şəhərlərinin, Stalinqrad dağınıtlarının fotolarını çəkib. Həmin il  Henri Kartye-Bresson və digərləri ilə "Magnum" fotoagentliyini yaradıb.  

1954-cü ilin 25 mayında təhlükəli yolda foto çəkmək üçün maşından düşdü. Az sonra maşındakı jurnalist dostları partlayış səsi eşitdi.

Robert Kapa minaya düşmüşdü. Onlar gəlib çatanda Kapa hələ də sağ idi. Lakin ayağı parça-parça olmuşdu və sinəsindən ağır yaralanmışdı. Xəstəxanaya çatdırılana qədər  kamerası əlində olan Kapa, yolda can verdi.

 

Robert Capa'nın Unutulmaz Fotoğrafları

 

 

 Fransız model ve aktrisa, Roma, Avqust 1951.

 

Ernest Heminquey ve oğlu Qreqori, 1941.

 

Bir model, Paris 1948.

 

Geyçimli qadın, Fransa.

 

Truman Kapote ve Cenifer Cones, 1953.

 

Montmartre, Paris, 1952.

 

Pablo Pikasso oğlu Clode, Fransa, 1948.

 

Qızıl Meydan, Moskva,1947.

 

Konkord Meydanı, Paris, 1952.

 

Aktrisa Ceraldin Brooks,  Roma, avqust 1951.


Amerikalı əsgərlər, Tunis, may 1943.

 

Amerikalı və ingilis əsgərlər hərbi gəmidə boks izləyirlər,1943.

Ava Qardner film çəkilişi zamanı, Tivoli, İtaliya 1954.

 

Lofoten adası, Norveç 1951.

Laponya ailəsi, Norveç 1951.

 

Yolda, Hindiçin, may 1954.

 

Alman əsgərlərinin məzarlığı, Tunis, may 1943.

Biarritz, Fransa, avqust 1951.

 



Fransız əsgərləri, Vieytnam, may 1954.

Tərcümə: Günel Zade