Sim-sim.az

“Gülümsəyin, çəkirəm…” – 12 iyul Beynəlxalq Fotoqraflar Günüdür

Bu gün Beynəlxalq Fotoqraflar Günüdür.

İlk foto üçün  Jozef Nisefor Nyeps 8 saat zaman sərf edib.

12 iyul 1826-cı ildə çəkilən ilk ağ-qara foto “Pəncərədən mənzərə” adlanırdı.

XIX əsrin ortalarında isə rəngli fotolar meydana gəldi.

Onların çəkilməsi üçün isə üç fotokameradan istifadə edilirdi, bu fotokameralara rəng filtri (qırmızı, yaşıl və göy) quraşdırılırdı. 

Fotoqrafiya gününün məhz 12 iyulda qeyd edilməsinin digər səbəbi isə, “Kodak” şirkətinin təsisçisi “fotoqrafiyanı hamı üçün əlçatan” edən Corc İstmanın doğum gününün məhz bu günə təsadüf etməsidir.

 

Beynəlxalq Fotoqraflar Günü münasibətilə VII Foto Agentliyinin həmtəsisçisi Ron Havivin ən məşhur fotolarını təqdim  edirik.

 

Ron Haviv orta məktəbi bitirdikdən sonra 1983-cü ildə Şimali Demarest Ali Məktəbinin məzunu , daha sonra isə Nyu York Universitetinin məzunu olub.   Yuqoslaviya müharibələri ilə bağlı (Xorvatiyada Vukovar döyüşü, Sarayevonun mühasirəsi, serblərin Bosniya və Hersoqovindakı həbs düşərgələri və “Arkan Pələngləri” tərəfindən sərgilənən etnik təmizləmə işləri) fotolayihənin müəllifidir. 

                                                                                                                                    Ron Haviv 

 Mülki şəxslərin, hüquq-mühafizə və kartel üzvlərinin tələf olduğu, Meksika narkotik müharibəsinin əməliyyat meydanı sayılan Xuares şəhəri,  2010-cu il Haiti zəlzələsinin dağıntıları, vəba  epidemiyası, bu fəlakətlərin nəticələri haqqında da fotoreportajları var.

Haviv Banqladeşdəki qida ehtiyaclarını, Los Anclesin quldurları və polis qüvvələri arasındakı toqquşmaları, 2009-cu ildə Əfqanıstanda keçirilən  prezident seçkilərini, Şri Lanka Vətəndaş Müharibəsini, Darfurda uşaqlar uğrunda aparılan mübarizəni və digər çoxlu konfliktləri işıqlandırıb.  Onun Balkanlarda on ildən çox davam edən konfliktlə bağlı işləri Haaqa Tribunalında müharibə cinayətlərini  ittiham və mühakimə etmək üçün istifadə edilmişdi.  Prezident Corc Buşun  1989-cu ildə Panamaya müdaxiləsinin səbəblərindən biri də Havivin oradakı yarım-hərbi zorakılığı sənədləşdirən  fotolarına istinad etməsi idi. 

 

Havivin fotoları toplanıb və  “Qan və Bal: Balkan Müharibəsi Jurnalı”, “Əfqanıstan: Kabul Yolunda” və “Haiti: 12 yanvar 2010-cu il”  adları altında kitab halında çap olunub. O, Aleksandra Boulat, Ceri Nayt, Antonin Kratoçvil, Xristafor Morris, Ceyms Naxtvey və Con Staneymerlə bərabər  2001-ci ildə əsası qoyulan VII Foto Agentliyinin həmtəsisçilərindən biridir. Haviv insan hüquqları  pozuntuları ilə bağlı  maarifləndirmə işində bir çox QHT-lər üçün multi-platforma lahiyələrinə yardım edib ki, bunlara da  “Sərhədsiz Həkimlər”in Konqo missiyaları: Unudulmuş Müharibə və Diqqətə Həsrət”, “UNİCEF-in Darfur və Şri Lanka Uşaqları üçün Həyəcan Siqnalı” və “Beynəlxalq Qızıl Xaç Komitəsinin Müharibədəki Dünyası” daxildir.

Fotoları Hyuston İncəsənət Muzeyi, “George Eastman House” və digər çoxsaylı özəl kolleksiyalarda qorunub saxlanılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(Visited 247 times, 1 visits today)