Sim-sim.az

Tomas Dvorzak – “İnsan mənzərələri” Fotorubrikasında

RUSSIA. Republic of Daghestan. Village of Gidatl. October 2000.
A traditional Avar Mountain village.

Tomas Dvorzak​: "Proses zamanı özümə  nəzarət eləmirəm.  Hər şey qeyri-ixtiyari alınır və anı tutmaq  üçün xüsusi qərar vermirəm.  Siz buna fotoqrafiyanın çatışmazlığı deyə bilərsiniz, amma işlərim, həm də bir  möcüzə səbəbidir”

 

 

Dvorzak 1972-ci ildə Almaniyanın Kyotçinq şəhərində anadan olub, Bavariya meşəsindəki kiçik Çam şəhərində böyüyüb. Ali məktəbi bitirənə yaxın Avropa və Orta Şərqə səyahətə başlayıb.  Fotoqrafiya məşğuliyyəti də o illərə təsadüf edir. Avila, Praqa və Moskvada yaşadığı müddətdə İspan, Çex və Rus dillərini öyrənib.  Keçmiş Yuqoslaviyadakı fotoqraflıq fəaliyyətindən sonra, 1998-ci ilə qədər Gürcüstanın paytaxtı Tiflisdə yaşayıb, burada Çeçenistan, Qarabağ və Abxaziyadakı konfliktləri sənədləşdirib, həmçinin, Qafqaz regionu və buranın əhalisi barədə genişmiqyaslı layihə üzərində işləyərək, 2011-ci ildə “Qafqaz” kitabını nəşr etdirib.                                                                       

                                                                                                                         Tomas Dvorzak​

Növbəti onillikdə Dvorzak Əfqanıstan, İraq, Pakistanda baş verən müharibələri və bu müharibələrin ABŞ siyasətinə təsirini geniş şəkildə əhatə etdi. Bunun  nəticəsndə M*A*S*H* IRAQ kitabı ərsəyə gəldi. Eyni zamanda TİME MagazineThe New Yorker üçün Çeçenistan, Şri Lanka, Nigeriya, Liviya, Haiti, Çad, CAR və Efiopiya,  keçmiş Sovet ölkələri  Gürcüstan və Qırğızıstandakı inqilablar, Ukraynada, İranda baş verən  hadisələr əsasında  fotoreportajlar hazırlayıb.

2008-2009-cu illərdə Tomas Dvorzak “Gürcü Baharı” adlı Maqnum Qrupu layihəsi üçün Gürcüstana qayıdıb və yeni layihə üzərində işləməyə  başlayıb.

Qafqazdakı bu layihələrlə yanaşı o, Liviya, Tunis, Misirdə “Ərəb Baharı”, Rusiyadakı seçkilər, 2014 Soçi Olimpiadası kimi yeni  hadisələri  işıqlandırmaqda  davam  edib. 

 

      Bu foto Goranboyda çəkilib

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tərcümə etdi: Günel Təhməzzadə