Sim-sim.az

“Yağışda şeir” – Romantik layihə

a1

Şeir ruhumuzda!

Şeir qəlbimizdə!

Şeir küçədə!

İndi  isə “Yağışda şeir”!

Boston bələdiyyəsi və "Mass Poetri" adlı maraqlı bir layihəyə start verib.

Məşhur #şeirküçədə layihəsinə bənzəsə də  "Mass Poetri" bu dəfə məsələyə yağış da qatıb.

Belə ki, “Yağışda şeir” adlı romantik layihə çərçivəsində küçələrə ancaq yağışda üzə çıxacaq şeirlər yazılır.

Suda həll olmayan, təbiətə və ərtaf mühitə zərərsiz kimyəvi spreydən istifadə edilərək küçələrə yazılan şeirlər ancaq suyla islandıqdan sonra oxunur.

Bu layihə yağışlı havaları sevənlərin əhvalına şeir qatmaq üçün nəzərdə tutulub.