Sim-sim.az

Yazıçıların faciələri – I hissə

1600x800-elusive-icons-jd-salinger-43-jpg-324ebff5

Umberto Eko deyirdi ki, xoşbəxt insanların hekayələri olmur.

Məşhur yazarların həyat hekayələri bu fikri təsdiq edir…

 

 

  1. Fyodor Mixayloviç Dostoyevski

Ədəbiyyatın məşhur siması Dostoyevski epilepsiya xəstəsi idi. Eyni zamanda homofob və qumarbaz idi.

Uşaqlığını Moskvadakı Mariya xəstəxanasında, qəddar və alkolik atası, xəstə anası ilə birlikdə keçirib. Gənc yaşlarında atasını, anasını, həyat yoldaşını və qardaşını itirib. Daha sonra isə üç aylıq qızını.

 

 

 

 

 

 

 

 

 

 

  1. Oğuz Atay

“Tutunamayanlar” romanının müəllifi Oğuz Atay sevdiyi qadına yaxın olmaq üçün həyat yoldaşından boşanmışdı. Həm də o xanımın evinə tez-tez getmək və onu görmək üçün həmin xanımın əriylə dost olmuşdu.

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Devid Cerom Selincer

Selincer 40 ilə yaxın evdən bayıra çıxmamış, bir dənə də şəkil çəkdirməmişdi.

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Yusuf Atılqan

Yusuf Atılqan “Anayurd oteli” və “Avara adam” romanlarını yazandan sonra insanlardan uzaqlaşmağa başlayıb. Ucqar bir kəndə köçüb otuz ilə yaxın müddətdə bircə sətir də yazmadan fermerliklə məşğul olub.

 

 

 

 

 

 

 

 

 

 

  1. Ernest Heminquey

Heminquey paranoyak, içki düşkünü və yalançı idi.

 

 

 

 

 

 

 

 

 

 

  1. Frans Kafka

Altı uşaqlı ailənin ən böyük övladı olub. İki qardaşı uşaqkən, üç bacısı isə nasistlərin zülmü nəticəsində ölmüşdü.

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Çarlz Bukovski

Uşaqlığı atası tərəfindən kəmərlə döyülərək keçib. Dəri-zöhrəvi və qaraciyər xəstəlikləriylə mübarizə aparıb.

 

 

 

 

 

 

 

 

 

 

  1. Lui Altüsser

Yazıçı və filosof Lui Altüsser 19 noyabr 1980-ci ildə həyat yoldaşını boğaraq öldürüb. Buna səbəb yazıçının dərin ruhi sarsıntıları idi.

Altüsser hadisədən sonra qətllə bağlı heç nə xatırlamadığını bildirmişdi. Qətldən sonra Psixiatriya Xəstəxanasına yatırılmışdı. Hadisənin qəsdən, yoxsa təsadüfən törədilməsi hələ də mübahisəlidi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Stevan Sveyq

Avropada yaşanan böhranla bağlı keçirdiyi depressiyaya və həyatındakı bəzi xoşagəlməz detallara görə 22 fevral 1942-ci ildə həyat yoldaşı Lotte ilə birgə Rio de-Janeyroda intihar edib.

Ölmədən əvvəl Sveyq hesab edirdi ki, Hitlerin siyasi hakimiyyəti və cərəyanı daimi olacaq.