Sim-sim.az

Yazıçıların faciələri – II hissə

20

Umberto Eko deyirdi ki, xoşbəxt insanların hekayələri olmur.

Məşhur yazarların həyat hekayələri bu fikri təsdiq edir…

 
ƏVVƏLİ BURADA >  Yazıçıların faciələri – I hissə

 

  1. Volter Benyamin

Hitler Almaniyasının Fransanı işğal etməsi və Parisdəki evinə gestapo hücumundan sonra 1940-cı ildə Fransa ilə İspaniya sərhədindəki Portbu şəhərinə qaçıb. Burda da polislərin onu gestapoya təslim edəcəyini öyrəndikdən sonra həddən artıq morfin qəbul edərək intihar edib.

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Yan Qenet

Yan Qenet demək olar, cinayət maşınıydı. Oğurluqdan təcavüzə kimi işləmədiyi cinayət yox idi. Ömrünün yarısını həbsdə keçirmişdi.

 

 

 

 

 

 

 

 

 

  1. Lüdviq Vitqenşteyn

20-ci əsrin ən görkəmli filosoflarından biri sayılan Vitqenşteynin yeddi qardaşı var idi. Özündən böyük üç qardaşı intihar etmişdi.

Həmin dövrdə atası Avropanın ən varlı adamlarından idi. İndiki hesabla götürsək, atasından ona milyardlarla dollar miras qalmışdı. O isə pulları sağa-sola səpələyərək dərviş həyatı yaşamağı üstün tuturdu.

Buna baxmayaraq, dərviş həyatı heç də filosofun istədiyi kimi davam etmirdi. O, homoseksual idi və homoseksualların olduğu yerlərdə heç tanımadığı kişilərlə bir dəfə əlaqədə olur və hər dəfə də böyük peşmanlıq duyurdu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Sorn Kyerkeqor

Nişanlısı Regina Olsendən “onu çox sevdiyinə görə” ayrılıb. Ömür boyu buna görə iztirab çəkirdi. Həyatının son dövründə isə bu qərarında haqlı olduğunu bildirmişdi.

Reginanı o qədər çox sevir və özünə o qədər nifrət edirdi ki, özünü ona layiq bilmirdi.

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Maksim Qorki

11 yaşında atasını itirib. Bundan sonra qəddar babası onu evdən çıxarıb. Dolanmaq üçün uşaq yaşlarından tərsanələrdə işləyib.

 

 

 

 

 

 

 

 

 

 

  1. Virciniya Vulf

13 yaşında anasını itirib. Məktəbə gedə bilməyib. Ömrü boyu bipolyar pozuntudan əziyyət çəkib. İkinci Dünya müharibəsindən təsirlənərək 1941-ci ildə ciblərini daşla doldurub, evinin yaxınlığındakı Uz çayına atılaraq intihar edib.

 

 

 

 

 

 

 

 

 

  1. Paulo Koelyo

Koelyo gənc yaşlarında ailəsi tərəfindən üç dəfə ruhi xəstəxanaya yerləşdirilib. Aylarla xəstəxanada qalıb. Elektroşok və sakitləşdirici dərmanlarla müalicə edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Silviya Plas

Silviya da bipolyar pozuntudan əziyyət çəkib. O, 1950-ci ildə daxil olduğu Smit Kollecinin ikici kursunda oxuyarkən ilk dəfə intihara cəhd edib və nəticədə ruhi xəstəxanaya yerləşdirilib. 1955-ci ildə isə kolleci fərqlənmə diplomu ilə bitirib. Silviya Plas 1965-ci ildə ikinci mərtəbədə yatan uşaqlarına süd və peçenye aparıb qapıları içəri qaz sızmasın deyə möhkəm bağladıqdan sonra başını qaz sobasına salaraq intihar edib.

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Cek London 

Tarixin ilk “milyonçu” yazarı olan Cek London da bipolyar pozuntu xəstəliyindən əziyyət çəkirdi və bunun nəticəsində intihara cəhd etmişdi. Sakit okeanda yelkənli qayıqla səyahət etdiyi zaman tropik xəstəliyə tutulmuşdu. Bu xəstəlikdən qurtulmaq üçün özünü civə, heroin, tiryək və s. kimyəvi maddələrdən hazırladığı dərmanla müalicə etməyə başlamışdı. Bu isə onun böyrəklərini sıradan çıxardı.

 

 

 

 

 

 

 

 

 

 

  1. Lev Nikolayeviç Tolstoy

Və sonda ədəbiyyatın ən məşhur simalarından Lev Tolstoy… Tolstoy intihara cəsarəti olmadığı üçün özünü tənqid edirdi. Ölümünə az qalmış evdən qaçaraq həyat yoldaşını tərk etmişdi. On gün sonra isə bir dəmiryol stansiyasının gözləmə zalında ölmüşdü.