Sim-sim.az

AYF-də Əməkdar artist Azad Şükürovla görüş keçirilib

 

Sentyabrın 14-də Azərbaycan Yaradıcılıq Fondunun (AYF) “İntellektuallar klubu"nda əməkdar artist, bədii qiraət ustası Azad Şükürovla görüş keçirilib.

Gecəni AYF sədrinin birinci müavini, Əməkdar mədəniyyət işçisi  Rafiq Kaşanlı açıb. O qeyd edib ki, Azad Şükürov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının müdiri kimi bu sahədə maraqlı işlər görüb. O ölkəmizdə tanınan qiraət ustasıdır.

R. Kaşanlı qeyd edib ki, Azad Şükürov  Birinci Tehran Beynəlxalq Komediya Festifalında qızıl medala layiq görülüb. Eləcədə bir sıra ədəbi-dram verilişlərində fəaliyyət göstərir.

O, həmçinin qeyd edib  ki, Azad Şükürov hazırda “ATV” telekanalında yayımlanan “Vicdan Haqqı” teleserialında iştirak edir.

Sonra çıxış edən Azad Şükürov görkəmli şairlərin – Səməd Vurğunun, Rəsul Rzanın və Hüseyn Cavidin əsərlərindən parçaları yüksək peşakarlıqla tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə iştirak edənlər əməkdar mədəniyyət  işçiləri Çimnaz Əliyeva, Namiq Hüseynov  və başqaları tədbirin keçirilməsini yüksək qiymətləndirib və bu kimi görüşlərin keçirilməsinin vacib olduğunu qeyd edib.

(Visited 137 times, 1 visits today)