Sim-sim.az

AYF-də Zenfira Qafarova ilə görüş keçirilib

Dekabrın 22-də Azərbaycan Yaradıcılıq Fondunun “İntellektuallar klubu”nda əməkdar incəsənət xadimi, professor, Bəstəkarlar İttifaqının katibi Zenfira Qafarova ilə görüş keçirilib.

Gecəni AYF sədrinin birinci müavini, Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı açmışdır.

O qeyd etdi ki, Zenfira xanım Qafarova Azərbaycan musiqi elminin görkəmli nümayəndəsidir. Müsiqişünasdır, pedaqoqdur, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

Tədbirdə çıxış edənlər bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşov, tarix üzrə fəlsəfə doktoru Tahir Behbudov və başqaları dedilər ki, Zenfira Qafarova milli musiqi elmi və tənqidi fikrinin inkişafında, musiqişünas kadrların hazırlanmasında xüsusi rolu və böyük zəhməti olan qabaqcıl maarifpərvər ziyalılarımızdan biridir.

(Visited 9 times, 1 visits today)