Sim-sim.az

Bir payız əlini uzatdı qışa… Oğuzdan səslər

Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakultəsinin Oğuz Filialının tələbələrinin şeirlərini təqdim edirik. 

 

 

 

 

 

 

 

Mətanət Kərimova

Mətanət Elçin qızı Kərimova 2009-cu ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirib. Əmək fəaliyyətinə Oğuz şəhər Heydər Əliyev muzeyində başlayıb. 2011-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edərək Oğuz şəhər 3 №-li məktəb-liseyə tarix müəllimi kimi qəbul olunub. Hazırda həmin məktəbdə müəllim işləyir. Yaradıcılıqla erkən yaşlarından məşğul olur.  Yaradıcılıq fakultəsinin Oğuz Filialının tələbəsidir.

 

Tapacağam

Bir gün həyat yollarında itsən bil ki,

Gəlib səni tapacağam!

Sən dağ olsan mən qar olub

Zirvələrdən boylanacam!

 

Sən bir dəniz olsan əgər ,

Mən də dalğa olacağam!

Ləpələnib sularına qarışacam.

Sən bir qaya olsan əgər,

Mən də quma çevrilərək

Üzərinə enəcəyəm!

Külək olub qovsan məni

Bil ki, yenə səni izləyəcəm!

Gəlib səni  tapacağam!

 

Mən vicdanın olacağam!

Düz qəlbinə qonacağam!

Sənin özün olacağam!

Görüm o vaxt hara, necə qaçacaqsan?!

Qaçacaqsan tapacağam!

 

Mən insanam!

-“Mən insanam”

-Doğrudanmı sən insansan?

Hanı sənin insanlığın, etibarın, bir də vəfan?

Söylə görüm,  səhv edəni, günahkarı bağışlarsan?!

Dayan, dinlə!

Bax, görürsən?  Dinləmirsən yenə məni.

Bir fikrini cəmlə görək.

Bir qəlbini eşit görək.

O vururmu?

Bir sor ondan: vətənini, anasını sevirmi o?

Bir sor ondan: insanlığı duyurmu o?

Bir sor ondan: bu həyatda bir etibar görürmü o?

Görməyirsə, sevməyirsə, duymayırsa söylə, necə insansan sən?!

Sənin quru,  o boş qəlbin susuz, quru səhra ikən,

Heç olmazsa söyləmə ki, “insanam mən”

Bu eyibdir insanlıqdan.

İnsan gərək bağışlasın.

İnsan gərək sevə bilsin.

Duya bilsin.

Hər bir şeyi olduğu tək görə bilsin.

Gərçi əgər səhv eləsə,

Düzəltməli səhvlərini,

Günahkarı əfv etməli.

İnsanlığa uymalıdır əməlləri.

Bax o zaman söyləyərsən:

-Mən insanam, mən insanam!

 

***

 

Vüsal Oğuz

Vüsal Dünyabir oğlu Əlfiyev Oğuz rayonunun Xaçmaz kəndində doğulub. Məktəbli olduğu vaxtlardan ədəbiyyata maraq göstərsə də, şair kimi “Dəli Kür” ədəbi birliyində özünü tanıda bilib. Şerləri müxtəlif  almanaxlarda, dərgi və jurnalllarda dərc olunub. Dövrü mətbuatda şeirləri ilə çıxış edir. Gəncə Dövlət Üniversitetini  bitirib. 2006 cı ildə “Qayıdaq ötən günə” adlı  ilk şerlər kitabı işıq üzü görüb. Şerləri 2013-cü ildə Türkiyədə  çap edilib, “Türk Dünyası şairləri antolojisi” kitabında  yer  alıb. Müxtəlif ədəbi cəmiyyələrin və dərnəklərin üzvüdür. İxtisasca tarixçidir . Müəllim işləyir. Dünya Gənc  Türk  Yazarlar  birliyinin,  edebiyyat-az.com portalının  Yönəyim Kurulunun fəxri  üzvüdür. Yaradıcılıq Fakultəsinin Oğuz Filialının tələbəsidir.

 

Bir   payız da  belə  ötdü  ömürdən

Bir  payız da  belə  ötdü   ömürdən

Sevinci   apardı,  kədəri  qoydu..

Bir  payız da  belə   ötdü  ömürdən

Ürək  əyləncədən usandı,   doydu..

 

Bir payızda  belə  keçdi  ömürdən

Ümidlər   yarpaqtək saralıb  getdi

Mənimki  bildiyim  çıxdı əlimdən

Gedən  durnalar  tək  gözümdən itdi..

 

Bir  payız  əlini  uzatdı  qışa

Beləcə  hər  şeyin  sonu  yetişdi

Özüm  qoymadım ki  həddini aşa

Bilirdim  ötəri əyləncə  işdi..

 

Bu  sevda   deyildi qəlbimin ilki

Neynəyim  yenə  də  toxundu  daşa

Finişə  baharda  başlayan  sevgi

Finalı payızda  yetirdi    başa..

 

Arası

Ömür  dediyin  nə   qısa

Olumla   ölüm  arası.

O da   yaşamağa  dəyərsə

Kef  ilə  zülüm  arası

 

Dərd  sinəmdə  düzüm-düzüm

Dərd  əlindən  necə  gəzim

Deyənmirəm  qalıb  sözüm

Diş ilə   dilim  arası

 

Dünya   köz qoyma  yarama

Dərd  məndədir  dər   arama

Halalım   qatışıb    harama

Sağ  əlllə   sol  əlim  arası

 

Ötən  illər  oldu  xəyal

Nə xatırla, nə  yada  sal

Çabalayır  iki   Vüsal

İçimlə  çölüm  arası…

 

Gəlmisən

Geri  qayıtmısan, dönmüsən  mənə

Hicranın  əlindən  bezib  gəlmisən.

Necə  qəbul edim,  inanım  sənə

Hansı  yuvaları  gəzib  gəlmisən.

 

Sevirdin, bəs  nədən  belə  soyudun.

Sən nəyə  inandın, sən nəyə uydun

Nə  yaxşı  gecsə də   səhfini  duydun

Əlini  hər şeydən   üzüb  gəlmisən.

 

Sevgi meydanıdır  divanələrin

Həyat   bağışlamaz  biganələri

Mən  aldatmaq üçün bəhanələri 

Sapa  muncuq  kimi  düzüb  gəlmisən.

(Visited 283 times, 2 visits today)