Sim-sim.az

Buktreyler Festivalının nəticələri açıqlanıb

 

Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı III Buktreyler Festivalının nəticəsi açıqlanıb.

 

Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə çıxış edən layihənin müəllifi və rəhbəri Ruslan Sabirli Buktreyler Festivalının 2016-cı ildən keçirildiyini bildirib.

O, qeyd edib ki, buktreyler kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar.

“Libraff” kitab mağazaları şəbəkəsinin piar və marketinq direktoru Ülviyyə Allahverdiyeva, “Azercell” şirkətinin nümayəndəsi Sahilə İbrahimova, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza çıxış edərək təmsil etdikləri qurumların festivala verdiyi dəstəkdən məmnun olduqlarını deyiblər.

Daha sonra qaliblərin adları açıqlanıb. Festivalda birinci yerə xalq yazıçısı Anarın seçilmiş əsərlərinə çəkdiyi treylerə görə Tural Kərimov layiq görülüb.

Qeyd edək ki, münsiflər heyətinə xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti Oqtay Mirqasımov, əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, əməkdar artistlər Mehriban Zəki, Murad Dadaşov daxildir.

Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Şərtlərə görə festivalda 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerin qalibləri müvafiq olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) manat məbləğində mükafatlandırılıb.

(Visited 23 times, 1 visits today)