Sim-sim.az

“Dünyanın gizli ocağı: Vatikan” – YENİ KİTAB

 

“XAN” nəşriyyatının “Çağdaş ədəbiyyat” seriyasında çap olunan teleaparıcı, jurnalist İlham Tumasın “Dünyanın gizli ocağı: Vatikan” kitabının təqdimat mərasimi keçiriləcək.

Tədbir 23 dekabr, saat 15:00-dan 17:00-dək Kitabevim.az mağazalar şəbəkəsinin “28 may” filialında baş tutacaq.

“XAN” nəşriyyatından aldığımız məlumata görə, kitabda dünyada və Azərbaycanda baş vermiş, ancaq indiyə qədər sirri açılmayan gizli olaylardan bəhs edilir. Bu kitabdan Vatikanın, mafiyanın sirlərindən tutmuş səs-küy doğuran qətllərə qədər bütün gizlinlər haqda həqiqətlər oxuyacaqsınız.

Qeyd edək ki, İlham Tumasın uzun sürən araşdırması nəticəsində ərsəyə gələn kitab keçmiş ictimai proseslərdən tutmuş gələcək proqnozlara qədər bir çox mövzuları özündə cəmləşdirib. 

(Visited 33 times, 1 visits today)