Sim-sim.az

“Mumu”nun təzə nəşrində verilmiş tərcüməsində “əzgin bir qəzəb”

sinel

Mətləb Ağa

 

İndi bilmirəm necədir, ancaq mən orta məktəbdə oxuduğum dövrlərdə aşağıda haqqında danışacağım hər iki əsər məktəb dərsliklərindədəvardı və Akaki Akakiyeviçin başına gələnlərdən o vaxtlar bir elə həyəcanlanmasam  da, Mumunun faciəli ölümünün təsvirindən olduqca təsirlənmişdim, ən çox da hekayənin orta məktəb dərsliklərindəki qısaldılmış variantına da salınmış təxminən məhz bu sətirlərindən ki, “nəhayət, Gerasim dikəldi, üzündən əzgin bir qəzəb yağa-yağa ipi gətirdiyi kərpiclərə doladı, ilgək bağlayıb Mumunun boynuna keçirtdi, iti çayın üstündə yuxarıya qaldırdı və axırıncı dəfə ona baxdı.İt inamla və qorxusuz bir halda Gerasimə baxır, yüngülcə quyruğunu bulayırdı.Gerasim üzünü yana çevirdi, gözlərini yumdu vəəllərini açdı…”

Yarızarafat-yarıciddi, sözgəlişi onu da deyim ki, bu yaxınlarda təkrar oxuduğum “Mumu”nun təzə nəşrində verilmiş tərcüməsindəki “əzgin bir qəzəb” ifadəsinin (bu ifadəorta məktəb dərsliklərində vardımı, yoxdumu, yadıma gəlmir) mənasınınəsə anlamadım, “qəzəbin əzginliyi”nin nə demək olması mənə qətiyyən çatmadı, ancaq eybi yox, qoy olsun, Mumunun acı taleyi məni yenə də orta məktəb illərindəki kimi kədərləndirmək vəhəyəcanlandırmaq gücündə idi…

İvan Turgenev “Mumu”da yoxsul, üstəlik həm dəşikəst olan bədbəxt bir insanın həyatından söz açır.Bu lal-kar insanın kənddəki özü kimi sadə güzəranını əlindən alıb Moskvda varlı bir xanımın yanında işləməyə məcbur edirlər, lakin çətinlikləöyrəşdiyi bu şəhərdəbütün ümid və sevincləri əlindən çıxan Gerasim xanımın “ağ sütunlu boz evinə” tüpürüb kənddəkidoğma evinə dönür…Bu qayıdış Gerasimin səssiz üsyanı olur, indiyə qədər bütün sevgilərinə, ümidlərinə, gözləntilərinə qənim kəsilmiş insanlaraarxaçevirib hər şeydən birdəfəlik əlini üzür…

…Gerasim şəhərdə Tatyana adlı paltaryuyan bir qulluqçuya vurulur, lakin evin xanımıbu qulluqçunu digər xidmətçisinə ərə vermək niyyətinə düşür, istəyir ki, Tatyananı Kapiton Klimov adlı başmaqçıyla evləndirsin vəinanır ki, bu izdivac “özüüçün bir adam” imicli Kapitonun əyyaşlıqdan əl çəkməsinə yardımçı olacaq vəeləbuna görə də xanım, eşikağası Qavrilayla belə qərara gəlirlər ki,  Kapiton elçi yollayıb Tatyananı özünə istəsin…

Əvvəllər gözəl olmuş Tatyanasa Gerasimdən bərk qorxur, lakin bu əndişənin qarşılığında Gerasim qadının kölgəsinə çevrilir, hər addımında onu   izləyir və hazırlaşır ki, tezliklə özü də xanımın yanına təşrif buyurub Tatyana ilə evlənmək arzusunu ona açsın…

Kapiton Qavrilanın təklifindən şirniklənib Tatyanaya sahiblənməkdən ötrüəldən-ayaqdan gedir, ancaq bunu da başa düşür ki, bu xəbər Gerasimə çatsa, onun üçün yaxşı olmayacaq, ən azından, möhkəmcəkötəklənəcək… Elə Tatyana da Kapitona ərə getməyə razıdır, lakin dediyim kimi, Gerasimdən yamanca çəkinir və düşünür ki, Gerasim pinəçiyə ərə getməsini eşitsə, onu öldürər…və hadisələr inkişaf edir, Kapitonu evləndirmək fikri başına yaman dolmuş xanıma yarınmaq istəyən nökər-qulluqçusu bu işə cani-dildən girişib Gerasimi Tatyanadan aralamaq üçün yaxşıca bir plan qururlar, belə ki, hamı müşahidə etmişdi ki, Gerasimin sərxoşları görən gözü yoxdur, onlardan zəhləsi gedir, odur ki, Tatyananı öyrədirlər ki, sərxoş qılafına girib Gerasimin həndəvərindən o yan-bu yana keçsin və beləliklə, bu yolla yaxasını Gerasimin əlindən qurtarsın. Plan uğurla nəticələnir, Gerasim Tatyanadan əl çəkir və paltaryuyan qadının  pinəçi ilə toy mərasimi axır ki, baş tutur. Xanımın Kapitonu əyyaşlıqdan uzaqlaşdırmaqdan ötrü qurduğu bu məzhəkə isə iflasa uğrayır, Kapiton  sərxoşluğa daha bərk qurşanır və nəhayətdə, heç bir işə yaramayan xidmətçi statusuyla Tatyanayla birlikdə xanımın ən uzaq kəndinəq ovulur. Yola düşərkən, görünür ki, Tatyana Gerasimlə bağlı səhvini anlamamış deyil, yəqin ki, ayrılıq məqamındakı göz yaşları subaylığında qədrini bilmədiyi, bir il qabaq onun üçün alınan qırmızı yaylığıindi hədiyyə olaraq qəbul etdiyi Gerasimdən ötrü idi, belə ki, keçmiş sevgilisi az da olsa öz günahını Gerasimi öpməklə yuyur və ayrılarkən,Turgenevin təbirincə desək, xristian adətincə Gerasimlə üç dəfə öpüşür…

…Əhvalatın davamında, Gerasim özünə yeni bir sevgi tapır, bu dəfəki məhəbbətinin obyekti isə artıq insan yox, qara xallı bir ağ küçükdür, balacanı sahildəki palçıqdan çıxarıb  daxmasına gətirən Gerasim küçüyə ana qayğısı göstərməyə başlayır və dillə ifadə edilə bilməyəcək şəkildə əzizləyib qayğısına qalır. Mumuya ilk toxunuşunda Gerasim bəlkə də həyatında ilk dəfə ürəkdən gülür (“Gerasim ona bir xeyli baxdı, baxdı, sonra birdən elə bərkdən güldü ki…”).Küçük  də bu qayğının sayəsində böyüyüb ispan cinsindən, iri ifadəli gözləri və dik quyruğu olan çox yaxşı bir itə çevrilir… Lakin xanım yenə özünü yuyulmamış qaşıq kimi ortaya atır, əvvəlcə Mumuya lazım olmayan qaramat sevgisiniona sırımaq istəyir, it bu sevgini mırıldayıb rədd etdikdə isə ona düşmən kəsilib ölüm hökmünə fərman verir. Beləliklə, Mumu xanımın şıltağlığının qurbanı olur və nəticədə, Tatyananın ardınca Gerasim əziz-xələf Mumusunu da itirir…

Bəlkə də, deyirəm, elə xanım da Gerasim kimi kimsəsizdi, özünü məcburən qapatdığı tənha həyatından qaçmaq, insanları, heç olmasa kimisə, nəyisə sevmək  istəyirdi, başa düşürdü ki, belə olmaz və bu nicat yerini, “açar” insanı Gerasimin timsalında görürdü, lakin Gerasimə, insanlara necə yaxınlaşacağını bilmədiyindən, girdiyi roldan qopmağı bacarmadığından (əlbəttə, söhbət ehtirasdan və s. getmir, sırf insani hisslərdən danışıram) dəyişə bilmədi, nəticədə, hər şey faciə ilə qurtardı, xanım da Mumunun müsibətindən çox keçmədi ki, xəcalətindən öldü…

Gerasimsə,ayrı cür dəyişdi, yadımıza salsaq, Turgenev son səhifədə xatırladır ki, o, Moskvadan qayıtdıqdan  sonra kənddə qadınlardan tamamilə uzaq gəzir, onların üzünə belə baxmır, habelə, it-filan da saxlamırdı…Kəndlilər bütün bunları öz istədikləri kimi yozurdular, lakin Gerasim heç kimin rəyini vecinə almadan öz həyatını sürürdü…

Eyni “xətt” Nikolay Qoqolun “Şinel”indən də keçir… (bizim ədəbiyyatda, bu “xəttə”ən gözəçarpan nümunə Anarın “Dantenin yubileyi” hekayəsidir, Gerasim və Akaki Akakiyeviçin Anarın hekayəsindəki “tale qardaşı”isə Feyzulla Kəbirlinskidir). Amma, əgər, Gerasimin faciələrinin bir səbəbi kimi həm də şikəstliyi günahkardırsa, Akaki Akakiyeviç Başmaçkinin acınacaqlı həyatına nəyin (və ya nələrin) bais olmasını biz əsərdə görmür və bilmirik, burada ancaq onun son günlərindəki əzablarıvə faciəli ölümü təsvir olunur, ardından hər şey sükütla qapanır… Akaki Akakiyeviç necə böyümüşdü, harada, kimlərin əhatəsində tərbiyə almışdı, gəncliyi necə keçmişdi, bizim bu haqda nəyəsəşahidlik etmək vəbuna uyğun qərar vermək imkanımız yoxdur, biz Akakiyeviçin həyatının müəyyən mərhələsindən onunla yoldaşlıq eləmək imkanı qazanırıq və bu pərdələrdə ancaq onun ömrünün finalı işıqlandırılır…İnsanlarla münasibət qurmaqdan qaçan, öz iş yoldaşlarıyla belə aralarıında dərin bir uçurum yaranmış Akaki yalnız əcəlinin bir-neçə addımlığındaonlarla bir neçə saatlığa bir yerdə olmaq məcburiyyətində qalır (belə deyək) və bu ünsiyyətin “faydası” o olur ki, bu ilk və son qonaqlığdan qayıdan “titulyarnı sovetnik” həm ömrünün son günlərində yeganə sevinc mənbəyinə çevrilmiş təzə şinelini oğurlatdırır, həm də, möhkəm soyuqlayıb ölür.

Gerasimin xanımının bir “tay-tuşu” da Akaki Akakiyeviçinşinelini oğurladandan sonra, üstünəşikayətə getdiyi vəzifəli şəxsdir (“böyük adam”dır).Bu adam bəlkə Akakiyeviçi vaxtında dinləyib köməklik göstərsəydi, şinelini tapmaqda ona əl uzatsaydı, Akakinin başına heç bir müsibət gəlməzdi, lakin öz tanışının və uşaqlıq yoldaşının yanında Akakini qəbul edən bu “böyük adam” düşünür ki, Akaki ilə mehriban danışı bonun dərdinə əvvəldən-axıradək qulaq assa, bununla öz “böyüklüyünə” xələl gətirər, ən yaxşısı, bu yazıq adamla kobud rəftar edib onu ümidsiz yola salmaqdır, bu cür davransa, uşaqlıq dostu onun haqqında yüksək fikirdə olar.(“Amma əslində o, mehriban bir adam idi…ancaq generallıq rütbəsi onu tam azdırmışdı. O, general rütbəsi aldıqdan sonra özünü itirib yolunu azmışvə nə edəcəyini əsla bilmirdi… özündən, heç olmasa, bircə dərəcə də aşağı rütbəli adamlar arasına düşdükdə, o, tamamilə adamlıqdan çıxırdı…”).

Akakini də bəlkə qızdırmadan daha artıq elə bu ümidsizlik, inamsızlıqməhv edir,o,ölür və dərhal hamı tərəfindən unudulur, elə bil ki, belə bir adam heç yerli-dibli yox imiş. Akakini tək bir nəfər unutmur, ən qəribəsi dəbudur ki, onu unutmayan eləməhz həmin “böyük adam” olur. Həm də işə bax ki, əhvalatın davamında “böyük adam”ın da şinelini Akakinin şinelini oğurlayan“bığlı adam” çırpışdırıb aradan çıxır.

Vəzifəli şəxs Akaki yanından çıxandan dərhal sonra öz davranışından peşman olur, (“Başqasının halına yanmaq onun üçün yad bir şey deyildi. Vəzifəsinin çox zaman xeyirxahlıq hisslərinin üzə çıxmasına mane olduğuna baxmayaraq, onun qəlbində bir çox mehriban duyğular yer etmişdi”) həftəboyu əzab çəkməsinin ardından bir məmur göndərib Akakiyə şinelinin tapılmasında köməklik göstərmək arzusuna düşür və ancaq gec olduğu xəbərini alır, çünki Akakiyeviç artıq öz şamağacından düzəldilmiş tabutunda dəfn edilmiş və Peterburq Akakisiz qalmışdı…

Generalın  Akakiyə sonrakı münasibəti elə xanımın Gerasimə və Mumuya qarşıduyduğu gecikmiş peşmanlığının ayrı zamanda və məkandakı özünə məxsus təzahürü idi, ancaq təəssüf ki,aradan nəsədüzəlməyəcək dərəcədəçoxvaxt ötmüşdü (bəzən bir dəqiqəözübeləçox müddətdir, nəinki günlər), nə olasıydı ki, xanım Mumunun ölümündən və Gerasimin kəndə qayıdışından sonra tezliklə canını tapşırmış,“böyük adam”sa elə hadisələrlə qarşılaşmışdı ki, necə deyərlər, ölməsə də, yarımcan olmuşdu, ən əsası isə, Akakinin ürəkparçalayan faciəsinin təsirindən tamamilə dəyişib öz əvvəlki yekə xanalığından və yaramaz ədalarından büsbütün əl çəkmişdi…

Akaki Akakiyeviçdənötrüsə, dediyim kimi, artıq heç bir fərqi yox idi…

…Və necə ki, Gerasim və Mumu üçün də sonradan heç nə dəyişməmişdi…