Sim-sim.az

“Güc sahibi” mistik trillerin nümayişi olacaq

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 15 martdan Azərbaycan istehsalı olan “Güc sahibi” adlı mistik trillerin nümayişi olacaq.

Film macəra-dəhşət janr həvəskarları üçün əsl hədiyyə olacaq.

Nərgiz Mahmudzadə filmin rejissoru, ssenari müəllifi və eyni zamanda baş qəhrəmanıdır.

Baş rolda; Nərgiz Mahmudzadə, İlqar Musayev, Gülşən Hüseynli, Mehin Hümbətova və Sənan Əlləz çəkilib.

Qısaca film haqqında: Film üç uşaqlıq dostundan bəhs edir. Dostlar Amerikadan gələn qız dostlarına ev kirayələyirlər. Ev kənardan adi görünsə də qonşu evdə qəribə hadisələr baş verir. Bir gün dostun ad günü düzənlənir və həmin bir əyləncə gecəsində çox şeylər məlum olur. Əsas hadisələr isə ad günündən sonra cərəyan edir…

(Visited 23 times, 1 visits today)