Sim-sim.az

Mənaların Libidosu və ya Zibilə Milyonluq Don!

                                               

            Andi Varhola lənət olsun! Bəzən həyatda belə insanlar yaşadığı üçün bu dünyadan çamadanımı toplayıb getmək istəyirəm. Heç insan da, uzun illər boyu aristokratiyanın, burjuaziyanın  özünə yeganə təsəlli yeri olan sənəti kasıbın, heçkim olanın ixtiyarına verər?! Onu da deyim ki, Andi o müştəbeh baxışlarıyla belə bir çoxbilmiş cümlə də işlətmişdi. “BİR GÜN GƏLƏCƏK HƏR KƏS BİR NEÇƏ SANİYƏLİK MƏŞHUR OLACAQ!”İndi bir kimsə həmin tualet unitazını sənət əsəri kimi təqdim edən flanör əyyaşa çatdırsın ki, sənin dediyin həmin gün qapımıza dayanıb. Bir ağzıgöyçək yerindən qalxıb ənənə boxçasını açıb töksə, Andiyə olmazın söyüşünü yağdırsa, heç kimin ixtiyarı olmaz ki səsini çıxarsın.

            Əziz oxucum! Oğuz Atay çox təqdirəşayan bir cümlə işlədirdi yazdığı “Dəmiryolu Hekayəçiləri” əsərinin sonunda. “EY OXUCU MƏN BURDAYAM BƏS SƏN HARDASAN?!” İndi səninlə birgə düşünməli olduğumuz bəzi ciddi məsələlər var. Zəhmət olmasa, təhlükəsizlik kəmərlərini yaxşıca pərçimlə, sükanı ikiəlli tut və pəncərəni azca endir! Özünü saatda 431 km sürətlə hərəkət edən Bugatti Veyronun içində təsəvvür et. Bu dəfəki səfərimizdə sənət əsərinin yüksəldiyi müqəddəslik, aristokratlıq mərtəbəsindən düşərək modern dünyamızdakı kütləvi istehlak məhsulu kimi ehtiva etdiyidəyəri barəsində danışacağıq. Bu səfərin metaforası mahiyyətini daşısın deyə məqalə eyni zamanda bəzi şəkillərlə də bizim səyahətimizə dəstək olacaq. Bir düşünün, Buggati Veyron içərisində oturmusunuz və sənət əsərinin dəyişən dəyəri barəsində söhbət edirsiniz!

                          

            Əvvəlcə onu qeyd edim ki, sənət əsərinin “təkcənəlik”, “bircəlik”, “nötr” olandan kütləvi, kitç, dekonstruksiya, “seri üretim”, “goods”a çevrilməsinin özünə məxsus tarixi var. Belə ki, XXI əsrdə “disiplinlər arası” qavrayışının at oynatdığı elm dünyasında müxtəlif düşüncələr arasında ciddi əlaqələr yaranmağa başlayıb.  Bu mənada yazılmış xeyli ciddi ədəbiyyata nəzər yetirməkdə fayda var. Klassik düşüncədə tarix anlayışı müəyyən siyasi və mədəni hadisələrin ardıcılığının şərhindən ibarət idi. Modern və xüsusilə də post-modern elmi-konseptual düşüncədə tarix anlayışına dair yanaşma dəyişib. Bu gün “öpüşməyin tarixi”, “həbsxananın tarixi”, “dəlixananın tarixi”, “ağlamağın tarixi”, “xəyanətin tarixi” kimi müxtəlif nəsnələrin bir çox fərqli sahələrlə olan birlikdəliyinin nəticəsi müzakirə edilir.

                                                                        &

            ‘Pasajlar’, “Texnikanın imkanı ilə yenidən istehsal ediləbilən çağda Sənət Əsəri” kimi əhəmiyyətli məqalələrin sahibi Volter Benjamin elə ikinci yazısında xeyli ciddi mətləbə toxunur. Benjamin sənət əsərinin kütləvi istehsalat nəticəsində öz “aura”sını itirdiyini və ilkin, “nötr” olan konteksindən xeyli uzaqlaşdığını qeyd edirdi. Buna nümunə olaraq cənab Da Vinçi tərəfindən sirlər sarmaşığına bürünmüş o mübhəm təbəssümlü Mona Lizanı tablosunu göstərə bilərik. Çünki postmodernizm çeşməyində həmin Mona Liza təbəssümü indi satılabilən bir əmtəə funsiyasını daşıyır. Onun kopyalarını hər hansı bir köynəkdə, qələmin üzərində, nəlbəki kənarında və ya ucuz bir kafenin divarında görə bilərsiniz. Beləcə sənət əsəri öz ilk mənasını, ehtiva etdiyi həmin bircənəlik “aura”sını tamamilə itirir.  Bu mənada bəlkə də, cənab Volter Benjaminin həmin məqaləsindən bir neçə cümləni dilimizə çevirmək məqsədə uyğun olardı.

 

“Bir sənət əsərinin ən mükəmməl şəkildə çoxaldılması təqdirdə, həmişə onun yeni variantında hər hansı bir detal əksikdir; bu sənət əsərinin zaman və məkan içərisindəki varoluşu, əsərin yaradıldığı yerdəki təkcənə, ona aid olan ayrıcalığı… Şübhəsiz bu öz kökündən uzaqlaşdırılma prosesinə uzun illər ərzində nəsnənin maddi olaraq eroziyaya uğraması, ona sahib olanların da dəyişməsi daxildir. İllərin fiziki olarak dəyişdirdiyi sənət əsərinin aldığı yeni formanı kimyəvi və ya fiziki analizlər nəticəsində ortaya çıxarmaq mümkün deyil.” Çünki, bir çox fərqli kopyası istehsal edilmiş sənət  əsərinin öz “nötr” olanından xeyli uzaqlaşdırıldığını, artıq mağazada satılan Mona Lizanın Da Vinçi tablosu olduğunu iddia etməyin gülünclüyünü və absurdluğunu vurğulayır V.Benjamin.

&

           

            Sənət əsərinin yenidən istehsalı ilə itirdiyi dəyərin dil və simvol kontekstində analizi başqa xoşməramlı filosofu da xeyli düşündürürdü. Bu əlbəttə ki  yazdıqlarını ata vəsiyyəti kimi həssaslıqla və qəribə bir ləzzətlə oxuduğum cənab Mişel Fukonun Cecin'est pas unepipe         (Bu Bir Müştük Deyil)J əsərində də bu hipotez ətrafında xeyli fikirləşməli oluruq.  Belə ki, M.Fuko  məşhur rəssam  Rene Magritte tərəfindən çəkilmiş olan “Simvolların Xəyanəti” tablosu ətrafında qurduğu müzakirəsində dil və nəsnə arasındakı əlaqənin özəyinə, libidosuna toxunur. Sanki bu düşüncəni sonradan Jean Baudrillard çırpışdıraraq həmin dilin nəsnə üzərindəki qurduğu simulasya hökümranlığına dair xeyli maraqlı fikirlər səsləndiribmiş kimi bir mənzərə yaranır. Nə bilmək olar? Bəlkə də…

            Əziz oxucum, məncə Rene Magrittenin “Simvolların Xəyanəti” tablosuna da bir nəzər yetirsək sonrakı mərhələdə izah edəcəyim mətləblər daha aydın olar. Gördüyünüz bu tablonu Magritte 30 yaşında olanda çəkib.

            Mişel Fuko öz “Bu Bir Qəlyan Deyil” J əsərindəki dil və simvol arasındakı həmin mənaların illuziyasına dair çox maraqlı şərhlər verir. O, “Utopiya” və “Heterotopiya” anlayışları arasındakı fərqi izah edərək ikincinin dil üzərindən simvolun mahiyyətini kökündən dəyişdiyini ifadə edir.

“…xeyli mümkün sistemin ayrı-ayrılıqdagöründüyüvə bununla da fərqliliklərin yaratmış olduğu heteroklit (vərdişedilməmiş) qayda-qanunsuzvənaməlum bir məqamınınvarolduğunuqeydedirəm.  Heteroklit sözünün etimalogiyasınaaydınlıqgətirmək lazımdır vəbeləməqamdanəsnələr bir-birindəneləfərqliyerlərə “pərçimlənir” “qoyulur” vəeləfərqlikontekstdə nümayiş etdirilir ki, bunların kökündəhərhansı bir ortaqəlaqətapmaq müşkül məsələyə çevrilir.  Utopiyalarınmahiyyəti bir növtəsəllixarakteridaşıyır.  Onların realməkanı olmadığı halda özünü ifadəedəbildiyi fantastik və sakit bir bölgəsimövcuddur.  Onların varoluşunu ifadəedəninxəyaldan, illuziyadansavayı bir şey olmadığı halda, utopiyalar geniş küçələri olan şəhərlərdən, göz oxşayan bağ-bağatdan,həyatınfirəvankeçdiyiölkələrdən danışır. Heterotopiyalarisənarahatçılıq hissi aşılayırvəbəlkədə bunun səbəbihər hansı bir nəsnə dünyası inşa etməktənbəlliyindənqaynaqlanır. Onlar nəsnələrin adlarını, mənalar dünyasını qarmaqarışıqetməkləbirlikdəparçalayırlar da…  Onlar sözlərivəcümlələriqurduğumuzməqamdaistifadəetdiyimiz söz qəliblərinideyil, sözlərvəsimvollararasındakıhəminmübhəməlaqəninəvvəlcədənparçalayırvə dilin kökünü gizlincəqazıyırlar. Nəticədə, utopiya daha çoxnağıllaravəəfsanələrəmünasibdir; dilin kanonları içərisindəhərəkətedirlərvənağılınözəyinitəşkiletməkdədirlər. Heterotopiyalarisə… anlayışları, mənalarıqurudurlar, sözlərin yolunu kəsirlər, dilin mövcudmənbəsinə, özəyinəqarşıetirazedirlər, miflərin o gizlinini, kriptosunu açıbərtiməkləcümlələrdəkilirikanı son həddinəqədərməhdudlaşdırırlar.”

 

            DəyərliOxucum! Biz simvolvə dil, texnikavəəsərin “nötr” olanı arasındakıəlaqənin bir növ libidosuna dair mülahizələretdik. AncaqməqaləniyazdıqcadüşüncəmdəSəttarBəhlulzadəfırlanırdı. Niyəisəhərdəqiqəmənəeləgəlirdi ki, onun tablolarındakıqəribəmənzərələr, o milliliyin estetik halında çox gizli heterotopiyalar var. Sanki o, bu dil vəsimvolarasındakıəlaqənindekanstruksiyasınısimvolvə onun yenidən inşası üzərindəqurub.

            ƏzizOxucum!  Bütün hallardaistərhəyatın “aurası”, istər dilin utopiyavəheterotopiya arasındaki get-gəli, istərsədəətrafımızımühasirəyə alan saxtasimulasiyalarhəqiqətpərdəsinigizlədir. Həyatınüzərinəsaxta bir xoşbəxtlik tozu səpir. Biz isəLamançlı Don Kixot kimi əlimizdəki paslı silahları boşluğa, yel dəyirmanına, qoyunsürüsünə, özümüzə doğru müştəbehşəkildəyelləyirik.

           

 İstifadə Edilmiş Mənbələr

  1. http://fineartamerica.com/featured/montage-mona-lisa-laura-grisham.html
  2. Benjamin, Walter. Thework of art in theage of mechanicalreproduction. Penguin UK, 2008.
  3. https://tr.wikipedia.org/wiki/%C4%B0mgelerin_%C4%B0haneti
  4. Foucault, M. "Bu Bir Pipo Değildir, Çev." Selahattin Hilav, YKY, İst (2001).