Sim-sim.az

Səmayə Bayramova – Səssiz insanlar şəhəri

22901308_357041378081587_892887964_n

 

Biri vardı, biri yox. Dəniz sahilində balaca, lakin gözəl bir şəhər vardı. Bu şəhərin gecələri xüsusən gözəl olurdu. Şəhərdə gecələr rəngli işıqlar yanırdı. Ay hər gecə bu şəhərin dənizində güzgülənərdi. Günəş al qolları ilə qucaqlayardı ləpələrini hər səhər… Bu şəhərdə insanlar öz işlərində, güclərində idilər. Hər səhər işə gedər, axşam evə tələsərdilər. Şəhər insanlara qarşı qəddar deyildi, amma ədalətli də deyildi. Kim düz söz danışsa, şəhər onu dənizə atırdı. Dəniz onu udur, səsini aldıqdan sonra şəhərə qaytarırdı. Ona görə bu şəhərdə heç kim düz söz danışmır, heç kim ömürlük susmaq istəmirdi.

Lakin insanlar ədalətsizlikdən bezmişdi.  Bir dəfə şəhərdəki bütün insanlar düz söz danışmağa başladılar. Dəniz şəhərdəki bütün insanları uddu. Hamısının səsini aldı və şəhərə geri qaytardı. Daha şəhərdə heç kim danışmırdı.

Ancaq dənizin səsi və maşınların şütəməsi eşidilirdi…