Sim-sim.az

“Məkanını itirmiş cəmiyyət yuxu görməz” – MÜSAHİBƏ

 

İkinci Dünya Müharibəsindən sonra sənətin yenidən, fərqli perspektivlərdən inşası ərəfəsində özünə ən əhəmiyyətli yer tutan sahələrdən biri də performans sənətidir. Xüsusilə son vaxtlar bu sahəyə dair fərqli yanaşmalar onu disiplinlər arası bir müstəviyə yüksəldib. Bu dəfə teatrın estetik meyarları ilə arasındakı fərqlərə dair İstanbul Performance  Art qurucu direktoru, kurator,  performans sənətçisi Pınar Derin Gençer və Fəlsəfə Elmləri Doktoru, yazıçı, performans sənətçisi Esen Kuntla söhbət etdik…

Ziyad Quluzadə:  İstanbul Performance Art kimi bir topluluğu qurmaq fikri necə yarandı? Bildiyim qədəri ilə bu Türkiyədə performans sənətçilərinin ilk platformudur.  Bu sahədə əsas hədəfiniz nədir?

 

Pınar Derin Gençer: Əslində 2014-cü ildə İnternational Performance Association  (İPA) İstanbul Summer 2014 festivalı ərəfəsində İPA İstanbul diretoru və performans sənətçisi Burcak Konukmanla tanış olduq və 2015 ci ildə təşkil ediləcək festivalı bir yerdə həyata keçirtmək haqqında söhbət edərkən Türkiyədə performans sənətçilərini, performans sənətini və əlaqədə olduğu multidisiplinler sənət sahələrini təmsil edən bir platformun  olmadığına dair düşüncələr beynimdə fırlanırdı. İstanbul Performance Art performans sənəti və disiplinlər arası perspektivdən əlaqədə olduğu sənət sahələrini əhatə edən  performanslar və layihələr təqdim etmək məqsədi ilə qurulmuş, beynəlxalq səviyyəli ilk performans sənəti platformudur.  Türkiyədə peformans sənətini təkcə icra edənlərlə deyil, eyni zamanda oxuyan, yazan, araşdıran bütün insanlar üçün xüsusi layihələr, qaynaqlar, yayınlar hazırlamaq; performans sənətinin inkişafında yeniliklər yaratmaq üçün yola çıxdıq.  Yeni sənət düşüncəsini əhatə etmək üçün qurumun bu sahədəki icaredici şəxsini müxtəlif vaxtlarda küratorlara və sənət  direktorlarına həvalə edirik.  İncəsənət sahəsində, adətən performans sənətçiləri və qurumları ilə birlikdə, müəyyən strategiya içərisində işləyirik.

 

Ziyad Quluzadə:-  Performans sənətinə dair münasibət və kütləvi yanaşma daha çox teatr sənətinin disiplinləri daxilində formalaşmaqdadır.  Bu mənada istər Esenin, istərsə də Dərin sənin münasibətin prosesin içərisində olan bir sənətçi kimi daha dəqiqləşdirici ola bilər.  Bu digər tərəfdən də mövzuya dair uydurulmuş şəhər əfsanələrinin də sıradan çıxarar, performans sənətin estetik qayğısının və çərçirvəsinin, sərhədlərinin daha dəqiq başa düşülməsinə kömək etmiş olar.

 

Pınar Derin Gençer:-  Performans sənəti, həm məkan olaraq, həm də müyəən bir müddətə və yazılı bir mətnə bağlı olmadan həyata keçirilməsi baxımından teatr disiplinlərindən tamamilə ayrılır.  Sənətçi və tamaşaçı üçün yalnızca həmin anda mövcud olan ötəri, orjinal, təkrar eilməyən, qeyd edilməyən bir təcrübə təşkil edir.  Perfomrans sənətində hər şey həqiqətin özüdür.  Performans nə klassik teatr formalarının,  nə də bir sujet xəttini təqdim etməyi məqsəd olaraq gözləmədiyi üçün,  əvvəlcədən təşkil edilmiş yazılı bir mətnə bağlılıq,  hər hansı mətndəki xarakteri yaratmaq və ifadə etmək məqsədi də daşımaz.  Performans sənətçisinin bədəni fərdin şəxsi kimliyindən arındırılaraq və obraz yaratmağa çalışan aktyor düşüncəsini tamamilə yox edərək çevrilir. Josette Feral  performans sənətini “teatır olaraq bilinən nə varsa, hamısını dekonstruksiya etdiyini” ifadə edir. 

 

Ziyad Quluzadə:-  Əslində bütün hallarda tamaşaçının ilk baxışı sənəti mənalandırma və vərdişkar olduğu çərçivələməyə yönəlir. Tamaşaçı  nümayiş ediləni sənət çərçivəsi daxilində yerləşdirdiyində onunla birbaşa təması “passiv”dir, ancaq qarşı tərəfdən aldığı enerji və ya Walter Benjaminin təbirincə desək “aura” onu müəyyən dövrdən sonra “aktiv” şəkildə tamaşaçıdan iştirakçıya, oyunçuya çevirir. Yalnız bu məqamda oyunun bir parçası olur.

 

Pınar Derin Gençer:-  Əslində burada bir hekayə izləməyə vərdişkar olan tamaşaçı, indiyə qədər öyrəndiklərindən tamamilə əl çəkərək,  sığınacağı bir hekayə, bir xarakter,  hətda çox vaxt  bir məna tapmadan gördüklərini, gördüyü anda özününküləşdirəcəyini təşkil edən bir ciddiyətlə hadisələrin bir qisminə çevrilməsini gözləyirik.  Fischer Lichte performanslarda “şəxs- meta, baxan- baxılan, göstərilən- göstərən kimi ikiliklərin araşdırıldığını və sərhədlərin bulanıqlaşmasına və rollarının yerlərinin dəyişdirilməyə başladığını” ifadə edir.  1960- cı illərdən bu yana əsas yer tutan performans sənəti, səhnənin hegomoniyasını əritmək,  tamaşaçının itaətkarlığını mübahisə obyetktinə çəkmək və sərhədlərinin müəyyənləşməsi üçün təhrik etmək şərtilə  tamaşaçı və performans sənətçisinin mövcud bu xarakterlərindən uzaqlaşaraq  birlikdə təcrübə etdikləri anlar prosesini yaradır. Digər sözlə, performans sənətində tamaşaçı və performans sənətçisi arasındakı  kimliklər əriməyə başlayır.

Esen Kunt: – …eyni şəkildə təhsil sistemi, məsələn mən universitetdə dərs deyərkən masanın arxasına keçdiyin anda öznə, nəsnə olaraq iki ayrı şey yaranır.  Eyni zamanda teatr sənəti və performans sənəti arasındakı fərqli məqamlara fokuslansak, belə bir məqama nəzər yetirməliyik, ikinci dünya müharibəsindən sonra  xüsusilə ənənəvi sənətlər və zaman anlayışı köklü şəkildə dəyişdi. Ənənəvi sənətə qarşı bir növ tənqidi münasibətin nüansları nümayiş etdirildi və ənənəvi sənət tərəfindən yaradılan hegomoniyalara və mikro iktidarlara qarşı bir əks mövqe nəzərə çarpmağa başladı.  Məsələn mən bu ərəfələrdə Merleau Pontynin bir termini üzərində işləyirəm. “Yaşayan bədən” və “fenomenal bədən” deyə bizim indi müzakirə etdiyimiz bütün qərb fəlsəfəsinin ruhunda olan iqtidar fenomenini  diktomonik formalara ayırır.   Yəni məsələn, “təhtəlşüur” – “meta”, “itaətkar bədən”- “tabe olan bədən”, “təbiətə uyğunlaşdıran təhtəlşür” və “ona uyğunlaşmaq məcburiyətində qalan”…  Ponty nə edir, “təhtəlşüur” və “meta” arasındaki, “iç” və “çöl” arasındaki bütün fərqləri ortadan qaldırır. Məncə performans sənətində məsələn artıq bədən məfhumu üzərindən söhbət açmağımız gərəkdiyi məqamda “yaşayan bədən” deyə bir termini təqdim edir.  Yəni bədəni bütün bu diktomoniləri, bütün düalist olanı ortadan qaldıran bir struktur olaraq görür. Performans sənətinin özünə baxdığımız zaman “bir anlıq”, təkrarlanma imkanı olmayan, hər dəfə təkrarlandığı zaman fərqli bir bədən və düşüncə ilə inşa edilir… Ponty əslində “aktiv” və ya “passiv” kimi olan yanaşmaları ortadan qaldırır.  Əslində bu məsələyə “təhtəlşüur” və “meta”  arasındakı əlaqə müstəvisində baxdığımız zaman, bu ikili sistemi qəbul etmədən məsələyə tamamilə post strukturalist bir kontekstdən baxa bilərik.

 

Belə ki, performans sənəti 1960-cı illərdən sonra post strukturalizmin başlanğıcı olan Mişel Fuko, G.Delöz  kimi filosofların başlattığı ənənədən,  yəni bu izmlərin çıxdığı məqamda qəlibləşmiş hegomonik sistemlər qarşısında, eyni ilə Derinin də qeyd etdiyi kimi,  səhnə iktidarına qarşı səhnə iktidarını analiz edən və onu parçalamağa çalışan bir anlayışdır.  Əslində bu anlamda onu dualist münasibətləri və ya fenonemləri parçalamağa çalışan anlıq bir şey kimi də deyə bilərik.  Ona görə də bu mənada mən bir termin üzərində işləyirəm. Yeni bir termin ortaya atmışam, “mətnin bədənləşməsi”, “bədənin mətinləşməsi”… Əgər məsələyə bunun konteksindən yaxınlaşsaq, nədir bu “mətnin bədənləşməsi”, “bədənin mətinləşməsi”?  Məhz bizim çıxış nöqtəmiz Ponty kontekstindən olacaq…       

 

Xüsusilə performans sənətində bədən çox böyük əhəmiyyət kəsb edir, çünki sənətçinin ən əsas vasitəsi, əsas mərkəzi nöqtəsi bədənidir.  O, zamanı, xatirələri, duyğuları burada saxlayır. Derinin də vurğuladığı kimi performans sənətində də bədən çox böyük önəm kəsb etməkdədir. Burada da “bədəndən çıxan”, “bədənlə geri dönən”, “bədəndə yaranan” kimi…  Bu mənada “self body” termini çox əhəmiyyətlidir. Ponty  insan dərisini belə açıqlayır  “Məkanın fövqündə düşüncə sırf içəri və  sırf çöl arasındakı qarşıqlığı ortadan qaldıraraq özünə xas bir fəlsəfi yol kəşf edər.”  Performativ bədəni əslində performans sənətinin bu kontekstindən düşünməyə başlasaq, ətrafında elə də ciddi araşdırmaların aparılmadığı bir termin olduğunu görmüş oluruq.  Bəlkə də elə bu mənada bizim ifadə ettiyimiz “bədənləşən mətn” və “mətnləşən bədən” terminləri yararlı, açıqlayıcı ola bilər. Performans disiplinlər arası bir sənət sahəsidir, ədəbiyatı, kinonu, video və fotoqrafiyanı özünə daxil edə bilir. Ancaq  qəribə tərəfi bu müxtəlif sahələrin birləşmə, kəsişmə nöqtəsi isə bədəndir.  

 

Ziyad Quluzadə:-  Performans sənəti bir azda “kollaj” tiplidir. Yəni sanki bütün digər sənət sahələrini öz içinə daxil edərkən, bir tərəfdən də həmin sahədə onlara öz disiplinləri içərisində var olmaq imkanı verir. Xüsusilə də bu mənada pontamim teatrının estetikasından daha çox istifadə edir.

 

Pınar Derin Gençer:-  Həm klasik, həm də performatif teatr keçmişi olan bir performans sənətçisi olaraq daxilində gəzindiyim bu sahələrdə ən dəqiq fərqliliklər bədən və zehnimin yaratma azadlığıdır. Məkan, zaman, yazılı bir mətinə bağlı olan obraz yaratmağa çalışan aktyor olmaqdan tamamilə azad olmuş və bütün bunların fövqündə olan azadlıq  sahəsi haqqında danışıram… Beckert, Brext, Gratovski və bir çok teatr adamının analiz etdiyi və bədəni müxtəlif estetikalar içərisində dəyərləndirdilər. Gedilən yollardakı toqquşmalar çatacağımız yerlərin fərqli olacağı həqiqətini dəyişdirmir.

 

Ziyad Quluzadə:-   O zaman bir akytor olaraq teatrda sizi xoşbəxt etməyən həmin məqamları kənarda buraxaraq başladığınız performans sənətində əslində keçmiş təcrübələrdən istifadə etmiş olmursuz? Yəni bir performans sənətçisi olaraq da bilinən aktyorluq texnikalarını istifadə etmiş olmursuz?

 

Pınar Derin Gençer:-  …dediyim kimi bu yolda istifadə etdiyim sahələr sərhədsizdir. Virginia Woolf, Sylvia Plath, Nilgün Marmara, Tezer Özlü, Simone de Beauvoir, Anais Nin kimi səhifələrlə yazmaq imkanım olan adların yaddaşımda  buraxmış olduğu izlər, Steve Reich, David Lang, Philip Glass, John Cage, Tonbruket, Esbjörn Svensson Trio, David Bowie, Patti Smith, Ane Brun, Mariam The Believer kimi uzun bir siyahının bədənimə toxunduğu nöqtələr… Performans sənəti müxtəlif sənət sahələrinin bəzi elementlərindən istifadə edir.  Bunu təkcə teatr təhsili zamanı istifadə edilən texnikalarla məhdudlaşdıra bilmərik.

Ziyad Quluzadə:- Bəli, “yerimək” fernomeni konteksində Esen sənin də etdiyin bir performans var idi. Yazıçıların əsərlərindəki məkan və simvolları ələ alaraq həmin yerlərdə, küçələrdə, pasajlarda yerimək və hekayə danışmaq…

 

Esen Kunt: – Mənim də Boğazıçı Üniversiteti Mithat Alam Film Mərkəzindən gələn bir aktyorluq təcrübəm var. Boğaziçi bu mənada bir məktəbdir. Düzdür Boğaziçinin kino məktəbi yoxdur, ancaq Mithat Alam bu mənada ölkədəki bir çox kino məktəbindən üstündür. Mən də əsasən ədəbiyyat və kino fəaliyyəti ilə məşğulam, adətən hər hansı sənədli filmi və ya qısa film çəkəndə əvvəlcə ssenari yazırıq, günlərlə məşq edirik və başqa uzun prosesdən keçməli oluruq,  işıq, səs effektləri də buna əlavə olaraq… Yəni əslində kino və teatrın texniki hazırlıq prosesi  performans sənətindən tamamilə fərqli bir sahədir.  Teatr və kinoda dəqiq bir şəkildə müəyyən edilmiş çərçivə daxilində hərəkət etməli olursan, performans sənətində isə bu çərçivələri tamamilə ayırırsan. Eyni zamanda mənim üçün video sənəti də tamamilə azad, çərçivəsiz bir sahədir.  Məsələn Türkiyədəki ən yaxşı video sənətçilərindən biri olan Ali Kazma belə deyir, “Kinoda grupla işləmək məcburiyyətindəsiniz. Yəni yaxşı bir rejissor, “author” rejissor olmalıdır. Öz mətnini yaza bilməlidir. Biz öz mətnimizi yazdıq, çəkdik və oynadıq.” Yəni həmin təcrübələri keçmiş biri olaraq deyə bilərəm ki, bu çox gözəl bir prosesdir, ancaq eyni zamanda da çox  yorucudur…  Çünki, siz qrupla birlikdə işləmək məcburiyyətindəsiniz. Burada orkestra şefi kimi on nəfərlik bir qrupu idarə etmək məcburiyyətindəsiniz.  Ancaq video sənəti və performans sənətində Dərinin də ifadə etdiyi  kimi “azadlıq məkanı çox genişdir”.  Yəni sən bədəninlə mövcudsan, yaşayan bir bədən olaraq varsan və həmin ankı duyğularınla, varlığınla qarşısı alınmaz bir proses yaşayırsan. Kristal bir məqamı təkrarlayırsan…  O ki, qaldı bizim “yerimək” fenomenini əsas alaraq həyata keçirtdiyimiz performansa Sabancı Üniversitetindəki  perfromativ hekayə yaradıcılığına keçsək,  o mənim roman projemin kontekstində daxil olduğum bir layihə idi. Müxtəlif dərs proseslərindən sonra perfromativ hekayə nəqletmə yürüyüşləri formalaşdı…  Belə ki, bizim müəyyən dayanacaqlarımız var.  Adətən tarixi, yox olmuş məkanlarla bağlı ictimai kategoriyalaşdırılmış hekayələr nəqledirdim.  Mən hər dəfə bu heayələri fərqli şəkillərdə danışırdım. Məsələn Baylan dayanacağında Sevim Burakın yaradıcılığından danışırdım. Baylan şirniyyat evinin qarşısında dayanıb oraya gələnlərə içəridən aldığımız şkalatları paylayır, hər kəsi hekayənin atmosferinə qatmağa çalışırıq. Mən isə həmin hekayədə belə başlayıram. “Məkanını itirmiş cəmiyyət yuxu görməyi yaddan çıxarar”. Burada tamamilə Sevim burak mətinlərindən başlayan və hər dəfəsində fərqli bir performativ səhnə ortaya çıxır.

Ziyad Quluzadə: – Əslində bu günə kimi edilmiş performansları anazli etdicə aralarında hansısa bir ortaq cəhətlərin yaranmış olduğunu görürük.  Hər nə qədər başlanğıcı sənətlər arasındakı sərhədləri əritmək olsa da, müəyyən müddətdən sonra bu performanslar arasındakı eyniliklər özündə bir silsiləni, ardıcıl bir estetik dəyərin davamlılığını formalaşdırır.  Əslində narratologiyanın bəlkə də tamamilə yeni sahəsi olan bu yaradıcılıq növü zaman keçdikcə qəribə şəkildə sadəcə sənəti deyil, sənət olmayanı da daxilinə qatacaq və qatır…

 

Pınar Derin Gençer:- Performans sənətində sərhədlərin  qeyri-müəyyənliyi, sənin dediyin kimi bulanık deyil… Bəlkə də bunu itmiş sərhədlər olaraq da ifadə etmək daha doğru olardı.  Bunu kateqoriyalaştırmaq elə də mümkün olmasa da performans sənətçilərinin fərqli metodları, işlədiyi mövzuları və bunlara yanaşma tərzlərinin fərqli olduğunu deyə bilərik.  Performans sənəti disiplinlər arası bir müstəvidə digər sənət sahələrindən bəslənməkdədir. 1970-1980 – ci illərdə daha çox sənətçinin bədəninin ön planda olduğu perfromanslar yaradılarkən proses içərisində fərqli yeniliklər də yaranmış oldu.  Son illərdə “android bədən, zehin”, “yeni medya” kimi sahələrdən bəslənən əsərlər özünü biruzə verməkdədir.  Mən öz sənət yolumda bütün yeniliklərdən istifadə edərək yaradıcılıqla məşğul olsam da,  yalnızca bədənin ön planda olduğu  işlərin, işlərimin fiziki və duyğusal konteksdə önündə yer alır.

 

Ziyad Quluzadə:-“Behind The Scin”  (Dərinin Altında)  performansınız da  əslində müxtəlif aspektdən oxunmağa açıq bir üslubdadır. Bu tərz bir  performans fikri necə ortaya çıxdı?  Xüsusilə də Esen sanki sənin təklif etdiyin “Bədənin Mətinləşməsi” termini konteksində bir performans nümayiş etdirildi.

 

Pınar Derin Gençer:-  27. Beynəlxalq  İstanbul Sənət Fuarı son illərdə dəyişən strukturuna fərqli bir dinamizm əlavə edərək bu il performans sənəti ilə bağlı fəaliyyətə bir az daha çox diqqət ayırdı.  “Utopya” olaraq müəyyən edilmiş bölümünü İstanbul Performance Art olaraq mənim kuratorluğumda təşkil etdik.  Biz utopik bədənlər mövzusuna diqqəti yönəldərək “Behind The Skin” başlığında bir performans sənəti informativ sərgisi, 7 performans və 4 mühazirə təqdim etdik. Əslində kifayət qədər məhsuldar və aktiv bir program hazırladıq. Hamımız bizi anamıza bağlayan bir göbək bağı ilə dünyaya gəlmişik və doğulduğumuz zaman bu bağ kəsildi.  Bu bağın kəsilməsi nəticəsində  bədənən və ruhən bağlı olduğumuz utopyadan düşülən/ düşünülən  yer kürəsində fərqli bir distopya ilə qarşılaşırıq.  Ana rəhminin utopik məkanından yer kürəsinin fiziki topografiyasına atılma prosesi bədənin  səthində yaşanan bir toxunma məqamına rast gəlir, və ya çırpılmaq da deyə bilərik,  bu məqamda distopyanın kölgəsi artıq dərinin üzərinə düşüb.  Ana bətninin qorunan utopyası  göbək bağının vasitəsi ilə bizi bürüyən və xarici təhlükələrə qarşı qoruyan dərimiz, bədənimizi əhatələrən xətlərlə davam edir, bu mənada göbək bağının kölgəsi əmişə bədənimizdə yaşayır.  Bu duyğu insanı ana rəhminin içindəki aid olmaq və təhlükəsiz bi məkanda olmaq istəyinə vadar edir.   Bu axtarış bəzən bir duyğuda (və ya anda), bəzən bir metada (və ya məkanda),  bəzən də bir başqa insanın bədənində (və ya ruhunda) özünü yaratmış olur.   Bədən bütün əzabların,  öhdəsindən gələ bilmədiyimiz travmaların, əzabların, dramların, şokların, sirlərin, ehtiyatsızlıqların, tutulmamış yasların, dilə gətirməyin mümkün olamdığı məqamların məkanıdır.  Performans sənətinə sənətçinin sığındığı yer bədənidir.  Hər bədən bəzən bir güzgü, bəzən isə hansısa bir su yığıntısınınü zərindəki dalğalanmanın distopya içində özünü axtaran utopyadır.  Sənətkar əslində, həmişə bu başa çatdırılmamış olanın arxasınca bir səyahatə çıxar. Ancaq bir çox vaxt cavablar aynanın demədikləridir. İdeal bir məkan olan  bədən  distopya ilə təmasının şiddəti, sıxılmağının və kövrəkliyinin  yaratdığı xaosda dərinin arxası haradır/ dərinin ardı nədir?  Sualını həm izləyicilərə həm də dünyanın fərqli məkanlarından gələn sənətçilərə/ utopik bədənlərə soruşduq. Finlandiyada perfromans sənətinin öncüsü və dünyanın məşhur performans sənəti kollektivi “Black Market İnternational”ın 1988-ci ildən bəri aktiv üzvü olan Roi Vaara,  Maria və Ulaydan sonra ən məşhur cütlüklər arasında göstərilən  İngiltərədə kifayət qədər tanınan Zierle&Carter, Fransadan Margaux Aubin,  Türkiyədən Genco Gülan, Çağrı Erdem, Esen ve benim dahil olduğum bir performans programı sunduk. ”Queer Heteretopyalar;  Bədəni Yenidən Xəyallaşdırmaq”, ”Şəhərin Yaddaşında Yerimək” və ”Body Talks”   başlıqları altında müzakirələr aparıldı.  İngiltərə performans sənətinin ən bilinən sənətçilərindən olan və  Queen Mary Üniversiteti Dram  ixtisası Maqistratura bölümü kafedrasının müdiri Dominic Jhonson, İsveçrənin ən bilinən adlarından olan Mori Hills Performans Art Biennailinin Creative Directoru vəzifəsinin icra edən Gustaf Broms, Fransadan Yoann Morvan, Türiyədən Mehmet Sander, Sinan Logie, İsmet Doğan, Zafer Lehimler, Sibel Şavkın,  performans proqramında da iştirak edən Roi Vaara ilə Zierle&Carterin daxil olduğu bir sərgi təqdim etdik.

Esen Kunt:-  Mən də həmin ərəfələrdə “queer” məsələsi ətrafında xeyli düşünürdüm.  Bədənin sərhədləri, bir bədənin içərisində fərqli cinsiyyətlərin mövcudluğu, elastiklik… Beləliklə Judith Butlerin “Gender Trouble” kitabından yol alaraq “hetereseksual matrisi”, hegemoniyaya bağlı ictimai diktotamilər analiz etdim.  Butler deyir ki, “qadın olmaq mimetik bir fəaliyyətdir, təqlidə bağlıdır. Fərd özünü qadın və ya kişi olaraq tanıması sadəcə onun təqlid edərək mənimsədiyi bir xüsusiyyətdir.” Beləliklə Dərin təkrarlarla cümləni dekansruksiya edərək performansı nümayiş etdirirdi. Mən də ona paralel olarak Virginya Vulfun yazdığı “Orlando” əsərini əsas alaraq, iki fərqli məkanda, tamamilə fərqli zamanlarda yaşamış qadınların eyni müstəvidə yollarının kəsişməsindən nə yaranar deyə düşünürdüm. Yəni “Orlando” bir cinsiyət sərgüzəşti,  kişi olan Orlandonun sonra qadına çevrilmə məsələsi, bir cinisyyət səyahətini zaman və məkan içərisində analiz etmək… Əslində Vulf mətinləri performativdir. Janrlar arasıdır və onu hansı janrın çərçivəsində müəyyənləşdirmək çətindir.  Mən də burada Judith Butlerin hetereseksual matris deyə ifadə etdiyi gender və queer məsələlərini “Orlando” kitabı kontekstində performativ bir nəqletmə nümayişi nəticəsində necə ifadə edə bilərəm. Belə məqamda mən güzgü ilə əlaqə yaradıram.  Lakanın bir sözü var, “Hamımız dünya səhnəsində seyerdilən varlıqlarıq və güzgülər bizi sehirli varlıqlara çevirər, həmin anda da qırar və parçalayar.” Yəni güzgülər bizə nə olduğumuzu deyər, həm də nə olmadığımızı deyər.  Mən də bəzən tamaşaçılara, iştirakçılara “Cinsiyyətlər bir Qurğudur!” , “Cinsiyyətlər bir Qurğudur!”, “Cinsiyyətlər bir Qurğudur!” , “Cinsiyyətlər bir Qurğudur!”, deyərək bir tərəfdən də bunu dekanstruksiya etdik. Çünki hər nə qədər Judith Butler Vulfdan xeyli sonra  “queer” nəzəriyyəsini ortaya atmış  osla da, aralarında  100 ildən çox zaman keçməsinə baxmayaq ikisinin eyni dalğada hərəkətinə inanıram.  Buna bənzər Dərinin də başqa bir işi var idi.  O deyir ki, Nilgün Marmara və Silviya Plath arasında biraz ruhsal yaxınlıq var. Yəni bu konteksdə baxdıqda Virginya Vulf və Judith Butler arasında hansısa bir əlaqə var. Derinin cümləsi ilə təkrara   bağlı bir performans təqdim etdik. Burada queer bədəni, queer varoluşu analiz etməyə çalışdıq. Ən sonda isə mən güzgüyə tərəf çevrildim və “MƏN KİMƏM, MƏN ORLANDOYAM!” deyərək sonlandırdıq.      

 

Ziyad Quluzadə

(Visited 314 times, 1 visits today)