Sim-sim.az

Mirmehdi Ağaoğlu birinci oldu

Yazıçı Mirmehdi Ağaoğlunun “85-ci gün” hekayəsi Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun keçirdiyi Birinci Qısa hekayələr müsabiqəsində qalib olaraq üç nəfərdən ibarət finalçılar arasına düşmüşdü.

Sim-sim.az-ın məlumatına görə, bu gün İran İslam Respublikasının Şiraz şəhərində keçirilən mərasimdə M.Ağaoğlunun hekayəsinin birinci yerə çıxdığı elan olunub.  

Xatırladaq ki, müsabiqəyə adı gedən təşkilata üzv olan ölkələrdən mindən artıq hekayə təqdim olunmuşdu.   

Qaliblərə mükafatlar sabah bağlanış mərasimində təqdim olunacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(Visited 35 times, 1 visits today)