Sim-sim.az

Multikulturalizm Mərkəzində “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” müzakirə edilib

bbmm-de-kitab-2

Multikulturalizm Mərkəzində “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” müzakirə edilib.

Dekabrın 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) hüquq elmləri doktoru Şirxan Adıgözəlovun “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimat mərasimi keçirilib.  
Millət vəkillərinin, BBMM-in əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşü mərkəzin icraçı direktoru  Azad Məmmədov açaraq onları mərkəzdə salmlamaqdan məmnunluğunu  ifadə edib. İcraçı direktor kitabı “Multikulturalizm ili”nin dəyərli nəşri kimi səciyyələndirib. 
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM -nin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin salamını tədbir iştirakçılarına çatdıran adıçəkilən müşavirliyin baş məsləhətçisi Etibar Nəcəfov BBMM-in hazırda ölkənin 40, dünyanın 15 universitetində həyata keçirdyi tədris layihəsini xüsusilə vurğulayaraq sözügedən nəşri gələcəkdə tədris prosesində qiymətli əyani vəsait kimi istifadə ediləcəyini qeyd edib.  
Milli Məclisin deputatı, professor Elman Nəsirov kitabda multikulturalizm fenomeninə beynəlxalq təcrübə  və Azərbaycan reallıqları prizmasından yanaşıldığını bildirib: “Müəllif faktlar və arqumentlərə söykənərək multikulturalizmin Azərbaycan modelinin mahiyyətini və məzmununu açıb göstərib. Məhz Ulu Öndər Heydər Əliyevin ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirib: “Azərbaycan əhalisinin çoxminli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”deyən Ulu Öndər bütün sonrakı fəaliyyətini bu sərvətin əbədi olmasına yönəltdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham  Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ölkəmizi n multikultural dəyərlərin inkişafına və möhkəmləndirməsinə verdiyi önəmin göstəricisidir. “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi”  nəşrini də xalqımızın multikultural ruhunu özündə yazılı şəkildə yaşadan nəşr kimi qiymətləndirə bilərik”
Milli Məclisin deputatı Mahir Abbaszadə əsrlərdir Azərbaycanda müxtəlif etnik qrupların və fərqli etiqada malik insanların yanaşı yaşadığını bildirib və bundan sonra da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu siyasət nəticəsində bundan sonra da bu dinc, qardaşcasına birgəyaşamın əsrlərlə davam edəcəyinə əminliyini ifadə edib. 
Qırğızıstanın Azərbaycandakı səfiri Ayciğit Buranov, Giresun Universitetinin keçmiş rektoru, Azərbaycanşünas alim, professor Aygün Attar Azərbaycandakı yaşadığı müddətdə bu ölkədə dünyada bənzəri olmayan unikal multikultural modelin və tolerant yanaşı yaşamanın əyani şahidi olduğunu qeyd edib. 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, professorlar Sakit Hüseynov, Musa Quluzadə kitabla bağlı fikirlərinin bölüşüblər. Çıxış edənlər diskussiyalar aparıblar,  kitabın bölümləri-“Multikulturalizm siyasəti və beynəlxalq təcrübə”, “Multikulturalizmin alternativi: islamafobiya” və “Multiulturalizm Azərbaycanda dövlət siyasəti və ictimai sifarişdir” xüsusi maraqla qarşılanıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti