Sim-sim.az

ADU-da “Rusiyada siyasi antropologiya” mövzusunda mühazirə oxunub

_MG_5359

 

Noyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində “Rusiyada siyasi antropologiya” mövzusunda mühazirə keçirilib.

Öncə tədbir iştirakçılarını salamlayan Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, professor Məmməd Əliyev antropologiya elminin müxtəlif qollarının inkişaf tarixi barədə məlumat verib. O, qloballaşma, cəmiyyətin sosiallaşması və beynəlxalq elmi əlaqələrin inkişafı sayəsində antropologiya elmində bir çox yeniliklərin baş verdiyini qeyd edib və bilavasitə bu elmin bəzi mülahizələrinin müasir dövrümüzdə də öz aktuallığını qoruyub saxladığını deyib.

Antropologiya elminin mahiyyəti və tarixi, bu elmin klassiklərinin fikirləri barədə geniş məlumat verən Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov siyasət arenasında müasir vəziyyətin inkişaf təmayülləri və problemlərinə toxunub. O, Azərbaycanda siyasi antropologiyanın inkişaf perspektivləri, eyni zamanda Rusiya və Türkiyə təcrübəsində bu məsələlərin diqqətlə öyrənilməsindən bəhs edib.

Daha sonra “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin mühazirənin mövzusunun aktual olduğunu bildirib və Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının təşəbbüsünü yüksək qiymətləndirdiyini söyləyib. 

Qeyd edək ki, A.Kalamin Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasına kitablar hədiyyə edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.