Sim-sim.az

“Bazar ertəsi” sindromu

teqvim

 

1. Yuxu rejimi

Yuxu rejimimizin dəyişməsi bu sindromun yaranmasına çox təsir edir. Xüsusən, yay və qış vaxtının tətbiqi zamanı yuxu rejiminin dəyişməsini aydın hiss edirik, amma əslində hər həftə sonu eyni problemi yaşayırıq. Həftə ərzində ehtiyacımız olan yuxunu yata bilmədikdə, bunu həftə sonları təmin etməyə çalışırıq. Bu isə bioloji saatımızın qarışmasına səbəb olur. Tədqiqatçılara görə, həddindən artıq yatmaq növbəti həftə başlayanda özümüzü daha yorğun hiss etməyimizə səbəb olur və bazar ertəsi səhərləri çətinliklə oyanırıq.

 

2. Sosial həyat

Bu sindromun yaranmasına gətirib çıxaran başqa amil isə insanın sosial varlıq hesab edilməsi və münasibət ehtiyacının olmasıdır. İş yoldaşlarıyla danışmaq, görüşmək və nələrisə paylaşmaq istəyi insanın mövcud olduğu ortamda özünü daha əmin hiss etməsinə səbəb olur və növbəti həftənin yaxşı başlaması üçün insan özünü daha da tələsdirir.

 

3. Ani dəyişimlər

Bir elmi tədqiqatda iştirak edən şəxslərdən duyğularını nizamlı şəkildə qeyd etmələrini istəyiblər. Nəticədə insanların bazar ertəsi hiss etdikləri stress və depressiv vəziyyətin çərşənbə axşamı, çərşənbə, ya da cümə axşamı günlərindən fərqli olmadığı müşahidə edilib. Cümə günləri yaranan duyğular isə həftə sonu gözləntilərinə görə digər günlərdən kəskin fərqlənir. Bu araşdırmaya görə, bazar günündən sonrakı iş günü ani duyğu dəyişikliklərinə səbəb olur. Buna görə də, bazar ertəsi həftənin ən pis günü imicini formalaşdırır.

 

4. Özünü pis hiss etmək

Adətən, insanlar həftə sonlarını normadan artıq yeyib-içməklə keçirdikləri üçün bu, onlara fiziki baxımdan da zərər verir. Amerikada hər yaş və hər təbəqədən qadınlar arasında aparılan sorğulara əsasən, onların bazar ertəsi günləri özlərini daha az cazibədar hiss etdikləri müəyyən olunub.

Üstəlik, insanlar bazar ertəsi günlərini dəyişikliklərə başlamaq üçün ən uyğun təqvim hesab edirlər. Məsələn, pəhrizə başlamaq, siqareti atmaq. Bunlar pozitiv başlanğıclar sayılsa da, reallaşdırılması çətin olduğundan bazar ertəsi sindromunu gücləndirə bilirlər.

 

5. Sağlamlıq

Əslində bazar ertəsi günləri özümüzü narahat hiss edirik, amma həqiqətən də orqanizmimiz nasaz olur. İnsanlar çəkilərini sabit saxlamağa cəhd etsələr də, bazar ertələri bu çəkilər bir az artmış olur. Ayrıca, bazar ertəsi günləri infarkt və iflicin ən çox reallaşdığı gün hesab edilir. Qan təzyiqinin ən yüksək olduğu günlər də elə bazar ertələridir.

 

6. İşini sevməmək

Ümumi sorğulara əsasən, insanların 70%-i işini sevmir. Bu hal psixiatrlara görə depressiv bazar ertələrinə səbəb olur. Depressiya və gərginlik hissi bazar axşamları başlayır və narahat bazar ertəsi ilə davam edir. Bu da iş müraciətlərinin daha çox çərşənbə axşamı günlərinə keçirilməsinə yol açır. Belə ki, sevmədikləri işlərdə işləyən insanlar bazar ertəsi sindromundan bezib növbəti gün yeni işlər üçün müraciət eləyirlər.

 

Mənbə:
http://mentalfloss.com/article/60239/6-scientific-reasons-mondays-are-worst