Sim-sim.az

Bilik Fondu qalibləri mükafatlandırdı

2604940585d2a43e80a9

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun 10-25 yaşlı yeniyetmə və gənclər arasında “Vətənin pərvəri ol!” mövzusunda elan etdiyi ənənəvi şeir və rəsm müsabiqəsinə yekun vurulub.

 

Dekabrın 23-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müsabiqəyə göndərilmiş rəsmlərdən ibarət sərginin açılışı və qaliblərin mükafatlandırılması mərasimi olub. Mükafatlandırma mərasiminə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Yaradıcılıq sektorunun müdiri Ayla Həsənova, müsabiqə iştirakçıları, Fondun könüllüləri qatılıblar.

 

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov müsabiqənin qalibləri olan yeniyetmə və gəncləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

 

Akademiyanın rektoru Ömər Eldarov sərgidə nümayiş olunan rəsmlərin hər birini yüksək dəyərləndirdiyini bildirib, gənclərdə vətənpərvərlik hislərinin aşılanmasında belə tədbirlərin böyük rolu olduğunu qeyd edib.

 

Çıxış edənlər – Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova, müsabiqənin münsiflər heyətinin üzvləri – Mirmehdi Ağaoğlu, Gülan Əzizxanlı deyiblər ki, gənc nəslin yaradıcı meyllərinin  cilalanmasında, onların dünyagörüşünün inkişafında müsabiqələrin əhəmiyyəti var.        

 

Müsabiqəyə Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Neftçala, Naftalan, Xocavənd, Ağstafa, Balakən, Ağdam, İsmayıllı, Şamaxı, Quba, Hacıqabul, Oğuz, Zaqatala, Xaçmaz, Cəbrayıl, Ağdaş, Saatlı, Ucar, Şirvan, Beyləqan, Xızı, İmişli və Şuşadan  iki nominasiyada 219 iş (57 şeir və 162 rəsm) qəbul edilib.

 

Qaliblərə Fondun diplomları və hədiyyələr təqdim edilib.