Sim-sim.az

Bilik Fondunun mühazirəçisi Stavropolda “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını təqdim edib

4

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mühazirəçisi Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva Stavropol şəhərində 29-30 noyabr 2016-cı il tarixində "Şimali Qafqaz 1917-2017: yüzilliyin nəticələri" mövzusunda keçirilən Ümumdünya rus xalq kilsəsinin V Forumda iştirak edib.

Azərbaycan, Gürcüstan, Ermənistan və digər ölkələrdən, həmçinin Abxaziya və Dağıstandan 300 nəfərdən çox nümayəndənin qatıldığıForumda S.Əliyeva "Azərbaycanda multikultiralizm: tarixi köklər və müasirlik" adlı məruzə iləçıxış edib.Məruzəçi Azərbaycan multikulturalizminin qədim ənənələri və ölkədə bu gün hökm sürən multikulturalizm siyasəti barədə ətraflı məlumat verərək,Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifliyi və elmi redaktorluğu ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşr etdiyi "Azərbaycan multikulturalizmininədəbi-bədii qaynaqları" adlı kitabınıdaForum iştirakçılarına təqdim edib.

S.Əliyeva"Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını Forumun təşkilatçılarından olan Şimali-Qafqaz Federal Universitetinə hədiyyə edib. Universitetin Sosial fəlsəfə və etnologiya kafedrasının müdiri professor, fəlsəfə elmləri doktoru İvanova SvetlanaYuriyevna hədiyyədən çox məmnun olduğunu bildirib və kitabın nəşrindəəməyi olanlara təşəkkürlərininçatdırılmasını xahiş edib. Bundan əlavə dosent S.Əliyeva Forumda iştirak edən yerlihakimiyyət sədrinin müavini KuvaldinaİrinaVladimirovnaya da "Azərbaycan multikulturalizmininədəbi-bədii qaynaqları" kitabını hədiyyə edib. İ.V.Kuvaldinaöz növbəsində Stavropol vilayətininrəhbərliyi adından təşəkkür edərək, multikulturalizmi həyat tərzi seçmiş Azərbaycan xalqına xüsusi hörmət bəslədiyini bildirib.