Sim-sim.az

Erdal Tosun vəfat edib

erdal-tosun

Türk aktyor Erdal Tosun vəfat edib. Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə o, bu səhər avtomobil qəzasında həlak olub.

 

Erdal Tosun 1963-cü ildə İstanbulda aktyor ailəsində anadan olub. Onun atası Necdet Tosun və qardaşı Gürdal Tosun da aktyor idi.

 

Karyerasına teatrda başlayan Erdal Tosun ilk dəfə 1981-cü ildə Atif Yılmazın “Minə” filminə çəkilib.

 

Erdal Tosun “Maskeli beşlər”, “Evə dönüş”, “Atam və oğlum”, “Orqanizə işlər”, “Vizyontele Tuuba”, “G.O.R.A”, “Vizyontele” və başqa filmlərdə çəkilib.