Sim-sim.az

“Kosmosdakı səsimiz” satışa çıxarılacaq

%d0%b9%d1%84%d0%b9%d1%84%d1%883

“Voyager-1” və “Voyager-2” layihələri kosmos tədqiqatları arasında özünəməxsus yer tutur. Bu layihə çərçivəsində “Yadplanetlilərlə əlaqə üçün” dünya ölkələrinin mədəni mirasından seçilərək toplanmış səs yazıları layihənin 40-cı ilində yenidən istehsal ediləcək və kolleksionerlər üçün satışa çıxarılacaq.

 

1977-ci ildə kosmosa göndərilən və 2013-cü ildə Günəş sistemini tərk edən iki qızıl valda 55 dildə qeyd edilmiş qısa mesajlarla birlikdə bəşər mədəniyyətinin tarixi haqqında da məlumatlar yer alır. Valları qoruyan alüminium örtükdə isə şüurlu yadplanetli məxluqların valı tapdığı ehtimalda onu necə istifadə edəcəklərini haqqında bildiriş də yazılıb.

 

San Fransiskoda yerləşən “Ozma Records”un həyata keçirmək istədiyi layihə üçün “Kickstarter”də hesab açılıb. Artıq bu hesabda 140 min dollardan çox məbləğ toplanıb. Hesab 20 oktyabra qədər açıq qalacaq. Əgər məbləğ 198 min dollara çatsa, şirkət həmin səs yazılarını “Voyager Golden Record: 40th Anniversary Edition” (“Voyager Qızıl Arxivi: 40-cı Yubiley Tirajı”) adı altında hər paketdə üç val olmaqla satışa çıxaracaq. Eyni zamanda, valların içində “Voyager-1” və “Voyager-2” layihələri ilə bağlı xüsusi şəkil və məqalələr də yerləşdiriləcək.

Qeyd edək ki, “Voyager-1” layihəsinə Kamil Cəlilovun balabanla  çaldığı "Muğam" kompozisiyası da daxil edilib